Xəbər lenti

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko şəhərdəki vəziyyətlə əlaqədar olaraq əhalinin qismən təxliyəsinə icazə verib.

APA xəbər verir ki, Kliçko bu barədə “Bild”ə müsahibəsində deyib.

O bildirib ki, sakinlər şəhərdə işıqların kəsilməsi ilə əlaqədar hadisələrin ən pis ssenarisinə hazır olmalıdır.

“Şəhərdə elektrik enerjisinin kəsilməsi və havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar biz hər birimiz vəziyyətin pisləşəcəyini görə bilərik. Bu səbəbdən də şəhərin bir boşaldılmalı olacaq, çünki vəziyyətin faciəvi sonluqla bitməsini istəmirik”, - Kliçko əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: 23-11-2022, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma