Kamal Əliyev
“Sülh” Araşdırmaları İnstitutunun rəhbəri, politoloq
Türkiyəni mərhum prezidenti Süleyman Dəmirəl demişdi ki, barışa bilməyəcəksənsə, dava etməyəcəksən.
Bəli, siyasət elə bir sənətdir ki, siyasi fiqurlar vaxtaşırı bir-biri ilə “dava”edirlər, ancaq siyasətçinin ağlı, zəkası odur ki, o, lazım gələndə, uyğun bildiyi vaxtda rəqibi ilə barışa bilsin. Ərdoğan iqtidarının 2011-ci ildən Suriya rejimi, 2013-cü ildən bəri isə Musirdə çevriliş yolu ilə iqtidara gələn Əbdül Fəttah Sisi hökuməti ilə ciddi problemləri var. Gəldiyimiz nöqtədə Türliyə prezidenti R.T.Ərdoğan artıq bir həqiqətin fərqindədir ki, Suriyada PYD/YPG-yə qarşı ugur qazanmaq üçün mütləq Əsədlə, Aralıq dənizində öz məşru hüquqlarını qorumaq üçün isə Sisi ilə küskünlüyü bir kənara buraxıb müştərək məsələlərdə razılığa gəlməyin vaxtıdır. Qətərin paytaxtı Dohada Ərdoğanın Sisi ilə ayaqüstü olsa da görüşü müsbət hadisə sayılmalıdır. Daha sonra Misir hökumətinin Türkiyə ilə danışıqlara başlayacagı haqqında müsbət açıqlamaları bizə onu deməyə əsas verir ki, Qahirə də ikitərəfli münasibətlərin normallaşdırılmaslnda maraqlıdır. Yəni, həm Ərdoğan, həm də Mursi küskünlüyü bir tərəfə buraxıb müsəlman dünyasının iki önəmli dövləti arasında münasibətləri bərpa etmək istəyirlər. Ərdoğanın da dediyi kimi, siyasətdə küskünlük, darğınlıq olmaz.
Suriyaya gəlincə, Ankara hazırda bu ölkənin şimalında YPK/PYD lideri Məzlum Kobaninin başçılıq etdiyi separatçı kürdlərə qarşı “Pəncə Qılınc” əməliyyatını davam etdirir. Məlumdur ki, Ankara Təl-Fırat, Mənbiç və Ayn əl-Ərəb bölgələrinin kürd separatçılarından azad edilməyəcəyi təqdirdə, bu regionda ABŞ-ın da dəstəyi ilə kürd dövlətinin yaradılacağını bilir. Üstəlik,Türkiyənin Suriya ilə 911 km sərhədi var. Ankaranın məqsədi bundan ibarətdir ki, Türkiyə-Suriya arasında 30 km bufer zona yarada bilsin. Bu, olduqca vacibdir.Ehtimal olunur ki, dekabr ayı ərzində “Pəncə Qılınc”əməliyyatı yekunlaşdırılacaq və növbəti etapda Suriyanın şimalında kürdlərə qarşı quru əməliyyatına başlanılacaq. Görünür, Ankara beynəlxalq siyasi konyukturanın da onun xeyrinə olduğunu bilir. Üstəlik, Ankara-Moskva və Ərdoğan-Putin arasındakı münasibətlər Türkiyəyə üstünlük verir ki, Suriyanın şimalında bufer zonanı yarada bilsin. Ancaq ABŞ son günlər Türkiyənin OYD/YPG mövqelərini bombalamasına öz etirazını bildirib. Hal-hazırda Ərdoğan üçün vacib məsələ Suriya lideri Bəşər Əsədlə kontakt qurmasıdır. Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri bir müddətdir görüşürlər. Nəzərə alaq ki, Rusiya prezidenti Putin də Ərdoğan və Əsəd arasında siyasi müzakirələrin başladılmasında maraqlıdır.
Güman edirəm ki, Türkiyədə gələn ilin iyun ayında keçiriləcək prezident və parlament seçkilərinə qədər Ərdoğan-Əsəd görüşü baş tutacaq. Türkiyəyə Əsədlə görüşmək həm də ona görə lazımdır ki, Ankara Suriyanın ərazi bütövlüyündə maraqlıdır və bu ölkədə kürd dövlətinin yaradılmasına qarşıdır. Gözləyək, görək nə olacaq…
Paylaş: