Xəbər lenti

İranda “Qafqazın gələcək perspektivi” adlı tədbir keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə iki gün öncə Azərbaycan əleyhinə fəaliyyətini dayandırdığını elan edən ermənipərəst ekspert Ehsan Movəhhediyan Tvitter-də yazıb:

“Çərşənbə günü bizim Ermənistan səfirinin iştirakı ilə Qafqazın gələcəyi ilə bağlı toplantımız olacaq və mən İran-Ermənistan münasibətlərinin patologiyası ilə bağlı çıxış edəcəyəm”.

Tədbirin adı “Qafqazın gələcək perspektivi: Ermənistanın Qafqazın gələcəyinə yanaşması və regional və beynəlxalq güclərin fəaliyyətinin regionun gələcəyinə təsiri” kimi qeyd edilir.

Tədbirə Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan xüsusi qonaq qismində, anti-Azərbaycan mövqeyi ilə tanınan Şüeyb Bəhmən “Rusiyanın Qafqaza münasibəti” mövzusunda, ekspert Siyamək Kakayi “Türkiyənin Qafqazla bağlı fəallığı” mövzusunda, Azərbaycan əleyhinə qatı mövqeyi ilə tanınan siyasi şərhçi Əhməd Kazemi isə “Sionist rejimin Qafqaza münasibətdə fəallığı” mövzusunda çıxış edəcəklər.

Qeyd edək ki, ekspertin bununla bağlı dərc etdiyi elanda tədbirin onun rəhbərlik etdiyi “Əbrar-e Moaser” Araşdırma İnstitutu ilə İran Milli Müdafiə Universiteti yanında Milli Təhlükəsizlik İnstitutu tərəfindən keçiriləcəyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 519          Tarix: 28-11-2022, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma