Xəbər lenti

Parlamentin “Ermənistan” fraksiyasının üzvü Aqvan Vardanyan bu gün Milli Assambleyada şad xəbəri olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Ağvan Vardanyanın ilk sevindirici xəbəri bu olub: “Artıq bundan sonra hakim “Vətəndaş sazişi” olmayacaq”.

Erməni deputatın ikinci “sevindirici informasiyası”na görə isə "Ermənistan 90-cı illərdə olduğu kimi, hər mənada blokdan çıxacaq. Ermənistan və “artsax” (Qarabağdakı qondarma, separatçı rejimə qoyulan ad-red.) regionda ciddi faktorlara çevriləcək".

Müxalifətçi deputatın sözlərinə görə, hazırkı Ermənistan hakimiyyəti dilənçiliklə - başqalarına yalvarmaqla məşğuldur.

“Dilənçilərə hörmət edilmir, onlara yazığı gəlirlər”, - deyə deputat bildirib.

Parlamentin spikeri Alen Simonyan buna cavab olaraq Vardanyanın bu çıxışını hələ 2007-ci ildə etdiyini xatırladıb.

 “Sizin dediklərinizin hamısı doğru idi, lakin bu, 2006-2007-ci illərə aiddir”,-deyə erməni spiker söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 197          Tarix: 23-12-2022, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma