Xəbər lenti

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti (AP) Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük iddiasını təsdiqləməyəcək. 

Modern.az xəbər verir ki, bunu parlamentin aparıcı partiyası - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski bildirib.

“Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər prinsipcə imperativdir! Hər ikisi ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək ", - deyə Sarıuş-Volski "Twitter"də yazıb.

Gürcüstan 2022-ci il martın 3-də Moldova ilə eyni gündə və Ukraynadan iki gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməkdən imtina edib. Bildirilib ki, Gürcüstan yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra namizəd statusu alacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 27-12-2022, 22:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma