Xəbər lenti

Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyan Qarabağdakı qondarma “ordu”nun iki keçmiş komandirinə qarşı irəli sürülən ittihamları əsaslı sayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, Cəlal Arutyunyan və Mikael Arzumanyana qarşı bir neçə epizod üzrə iş başlanılıb. A.Kərəmyan İctimai TV-yə müsahibəsində bildirib ki, istintaq yekunlaşmaq üzrədir. O, həmçinin İstintaq Komitəsinin lazım gələrsə, əlavə məlumat yayacağına söz verib.

Qeyd olunur ki, Arutyunyan ağır nəticələrə, xüsusən də canlı qüvvə və zirehli texnikada böyük itkilərə səbəb olan səhlənkarlıqda ittiham olunur. Arzumanyana qarşı da oxşar ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, onun hərəkətləri nəticəsində Azərbaycan silahlı qüvvələri Şuşanı və ona yaxın əraziləri tamamilə nəzarətə götürüb.




Ana səhifəyə qayıt        Baxış: 3 114          Tarix: 4-01-2023, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma