Xəbər lenti

Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa ərizəsini Milli Assambleyaya təqdim edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə insan hüquqları müdafiəçisinin ofisinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Ermənistanın ombudsmanı Kristin Qriqoryan mövcud qanunvericiliyə uyğun olaraq yanvarın 23-də iş yeri dəyişikliyi ilə əlaqədar istefa ərizəsini Milli Assambleyaya təqdim edib. Qanuna görə, bu halda Ombudsmanın səlahiyyətlərinə sonuncu şəxs istefa ərizəsi təqdim etdikdən sonra, lakin bir həftə müddətində yenidən ərizə təqdim etdikdə isə ən geci olmayaraq xitam verilir”.

Əlavə olunub ki, Qriqoryan yeni işi barədə ictimaiyyətə lazımi məqamda məlumat verəcək, lakin hələlik bu mövzu ilə bağlı hər hansı şərh etməyə lüzum görmür.




Ana səhifəyə qayıt        Baxış: 3 070          Tarix: 23-01-2023, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma