Xəbər lenti

Biz hazırda belə bir proseslə üz-üzəyik: ölkə başçısı siyasətlə məşğul omaq yerinə, acizliyini, uğursuzluğunu, siyasətinin səmərəsizliyini xarici səbəblərlə əsaslandırır.

Musavat.com xəbər verir ki, bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

“Həm də təkcə xarici amillərlə deyil, tez-tez məlum olur ki, bizim problemlərimizdə erməni xalqının DNT-si də günahkardır. Bəli, işlər artıq bu həddə çatıb. Bu, uğursuz liderin davranışıdır - hər gün nəyəsə görə kimisə günahlandırır və bu, işə yarayır. Bir gün Türkiyə, bir gün Əfqanıstan, sonra Rusiya və ya korrupsioner generallarımız onun hədəfi olur. Yaxud heç nə işə yaramayanda hər şeyi millətimizin DNT-sinə bağlayır”,- o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 952          Tarix: 6-02-2023, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma