Xəbər lenti

Ötən həftə İran mətbuatı Azərbaycanın bu ölkədə fəaliyyət göstərən dörd diplomatının - Tehrandakı səfirliyin 2, Təbrizdəki baş konsulluğun 2 əməkdaşının arzuolunmaz şəxs elan edildiyi barədə məlumat yayıb.

Rəsmi İRNA informasiya agentliyi açıq şəkildə İran Xarici İşlər Nazirliyinin bu addımının təqribən bir ay əvvəl Azərbaycan tərəfindən İranın Bakıdakı 4 diplomatının “persona non-qrata” elan edilərək ölkədən çıxarılmasına cavab olduğunu açıqlayıb.

Eyni zamanda İslam İnqilabının Keşikçiləri Korpusuna, yəni “Sepah”a bağlı “Təsnim” xəbər agentliyi 4 Azərbaycan diplomatının hələ ötən ay İrandan çıxarıldığını bildirən məlumat dərc etdi. Az sonra Azərbaycan Xarici İşlər Nazirliyi də bu məlumatın doğru olduğunu təsdiqlədi.

“Mətbuatda bu günlərdə yayılmış sözügedən xəbər yeni deyil”, - deyə vurğulayan Nazirliyin sözçüsü Ayxan Hacızadə həmin məlumatı şərh edərək deyib:

“Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “arzuolunmaz şəxs” elan edilmişdi. İran tərəfi öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib”.

Azad İran




Ana səhifəyə qayıt        Baxış: 2 992          Tarix: 10-05-2023, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma