Xəbər lenti

Türkiyədə bazar günü keçiriləcək prezident seçkiləri Ermənistanda da diqqətlə izlənilir.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, tanınmış erməni türkoloq, Ermənistan Milli Elmlər Akademiyasının akademiki Ruben Safrastyan bununla bağlı yerli mediada fikirlərini paylaşıb.

“Düşünürəm ki, Ərdoğan hakimiyyətdə qalsa, o zaman Türkiyənin Ermənistanla bağlı siyasəti daha sərt olacaq. Müzakirələr elə bir həddə gəlib çatıb ki, Türkiyə tarixi məsələlərdə belə Ermənistan tərəfinə təsir göstərməyə çalışır. Türkiyədən “Nemesis” abidəsi ilə bağlı münasibətini və demarşını bu qəbildən hesab edirəm. Ərdoğan hakimiyyətdə qalsa, bu tendensiya davam edəcək, bu tipli başqa demarşlar da olacaq.

Digər tərəfdən, müxalifət iqtidara gələcəksə, məncə, onun daha çox ABŞ-a bağlı olması faktorunu, habelə Ermənistanla münasibətlər məsələsindəki mövqeyini nəzərə almaq lazımdır. Türkiyə-Ermənistan münasibətlərində isə ABŞ-ın mövqeyi məlumdur. Otuz ildir ki, amerikalılar ardıcıl olaraq münasibətlərin normallaşmasının tərəfdarı olublar. Burada təbii ki, amerikalıların regionumuzdakı vəziyyətlə bağlı öz strateji hesablamaları, Rusiyanın sıxışdırılması və s. var. Əgər müxalifət ABŞ-ın böyük təsiri altındadırsa, o zaman mən Türkiyənin mövqeyinin münasibətlərin normallaşması istiqamətində müəyyən qədər yumşalacağını, lakin prinsipial dəyişiklik formasında olaraq yox, sadəcə mümkünlüyünü görürəm. Lakin müəyyən yumşalmanın olması dəqiqdir”, - deyə, erməni ekspert bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 958          Tarix: 11-05-2023, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma