Xəbər lenti

Qəzza zolağından atılan raketlər nəticəsində İsrail ərazisində 3 nəfər yaralanıb. Onlardan ikisi Fələstinin İsraildə işləyən sakinləridir.

Bu barədə şənbə günü İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Raketlərdən biri Şokedin Moşav kənd təsərrüfatı icması yaxınlığındakı açıq sahədə partlayıb. İlkin araşdırma zamanı təsirə məruz qalan üç şəxsdən ikisinin İsraildə işləmək icazəsi olan Qəzza sakinləri olduğu məlum olub. Hər üç yaralı İsrail həkimləri tərəfindən təxliyə edilib, onlara İsraildə tibbi yardım göstəriləcək”, - məlumatda bildirilib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 291          Tarix: 13-05-2023, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma