Xəbər lenti

Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” Gürcüstan prezidenti Salome Zurabişvili şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaq.

Bu barədə bazar günü Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin yaydığı bəyanatda deyilir.

“Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz gürcü xalqından üzr istəməyincə onu persona non qrata elan edirik, onu təyyarəyə buraxmayacağıq”, - Qayaşvili açıqlamasında bildirib.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 413          Tarix: 21-05-2023, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma