Xəbər lenti

"Nə vaxta qədər baş nazir olacaqsınız, bilmirəm, cənab Paşinyan, amma sən nə edirsən, təhlükəli iş görürsən!"

Musavat.com xəbər verir ki, Ruben Vardanyan bu sözləri Ermənistan baş naziri Nikol Paşinyana video-müraciətində deyib.

Vardanyan hazırda Kəlbəcər rayonunun işğal altında qalan Kolətək kəndi ərazisində olduğunu bildirib.

"Siz nəinki Ermənistan dövlətini məhv etməyə, öz iqtidarınızı saxlamağa, hamımızı kölə etməyə... bütün insanları dəyərsiz və ləyaqətsiz etməyə çalışırsınız. Siz bacarmayacaqsınız!", - deyə Vardanyan vurğulayıb.

O, müxtəlif yerlərdə yaşayan və hazırda İrəvanda baş verən hadisələri izləyən ermənilərə müraciət edib:

"Ölən əsgər anasının törətdiklərini müdafiə etdiyimiz üçün yox, ətrafımızda baş verən hər şeyin qəbuledilməz olduğunu hiss etdiyimiz üçün sizinləyik. Bu, siyasi, partiya və ya iqtidaryönlü dəyərlər baxımından deyil, insani dəyərlər və prinsiplər baxımından qəbuledilməzdir. Mən əminəm ki bu, uzun sürə bilməz. Çünki hər şeyi aşağılamaq olar, amma bəşəri prinsipləri, milli prinsipləri ləkələmək olmaz. Və ondan da əminəm ki, bizim nəsillərimiz bu çətin günləri ləyaqətlə keçirəcəklər”




Ana səhifəyə qayıt        Baxış: 3 504          Tarix: 22-05-2023, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma