Ukrayna hərbçiləri ötən gecə kütləvi dron hücumu zamanı ölkənin hava məkanında 52 “Şahed” PUA-sını vurub.
Ümumilikdə Rusiya ordusu 54 zərbə PUA-sını işə salıb.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimal istiqamətindən – Bryansk vilayətindən (RF) və cənub istiqamətindən – Krasnodar diyarından (RF) İrana məxsus “Şahed-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. Ümumilikdə rekord sayda (54) kamikadze dronun buraxılışı qeydə alınıb. Mərkəz Hava Komandanlığının cavabdehlik zonasında PUA-ların əksəriyyəti məhv edilib”, - məlumatda bildirilib.
HHQ-dən əlavə ediblər ki, PUA-lar ölkənin mərkəzi rayonlarında, xüsusən də Kiyev vilayətində Ukraynanın hərbi və mühüm infrastruktur obyektlərini hədəf alıb.
Mənbə: rbc.ua
Paylaş: