Xəbər lenti

“Almaniyada yaşayan Fərid Səfərlinin itkin düşməsi prosesi İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsi və İsrail-Azərbaycan münasibətlərinin intensivləşməsi fonunda baş verdi”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, xüsusilə son illərdə İranın qadınlar üzərindən şəkilləndirdiyi əks-kəşfiyyat xidməti demək olar ki, bir çox ölkədə ciddi təsir agentləri əldə edib:

“Bu mənada həm informasiya mənbələri qururlar, həm də müxtəlif çılpaq fotolarla müəyyən adamlardan təsir agentləri formalaşdırırlar. Bunun üçün ən klassik üsullardan biri ictimai xidmət sektorunda işləmək, İran kəşfiyyatının qadınlar üzərindən geniş tətbiq etdiyi masaj xidmətidir. Bu yolla bir çox ölkənin vacib şəxlərinin həm şəklini çəkə, həm də onları ələ ala bilirlər.

Azərbaycanla İsrail münasibətləri kontekstində azərbaycanlı tələbənin İranda həbsində də qadın amili önə çıxır. İsrail, Azərbaycan kəşfiyyatının birgə fəaliyyəti İranın əks-kəşfiyyatı qarşısında ciddi problemlər yarada bilir və onun müəyyən diversiyalarının qarşısını alır. Azərbaycanlı gəncin həbs olunması bir növ Azərbaycan vasitəsilə İsrailin təhlükəsizlik sisteminə sızma cəhdidir. İsrailin təhlükəsizlik sistemi elə bir səviyyəyə çatıb ki, İran heç bir halda ora sıza bilməyib”.




Ana səhifəyə qayıt        Baxış: 4 369          Tarix: 8-06-2023, 20:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma