Xəbər lenti


Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün hər iki ölkənin rəhbərliyinin vizyonuna uyğun olaraq Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası (PAKAZCHAM) yaradılıb.

Axar.az xəbər verir ki, Palata Ədliyyə Nazirliyində qeydiyyatdan keçən, mənfəət götürməyən bir hüquqi şəxsdir. PAKAZCHAM-ın Bakıda daimi
nümayəndəliyi, işçiləri və təsisçiləri (bir neçə tanınmış Pakistan iş adamı və peşəkarı, həmçinin bir neçə Azərbaycan vətəndaşı) olacaq.

Məlumata görə, üzvlük tezliklə hər iki ölkənin hüquqi və ticarət strukturları üçün açıq olacaq.

Palatanın açılış mərasimi hazırda “Hilton Baku” otelində keçirilir. Açılış mərasimində Azərbaycan iqtisadiyyat nazirinin müavini, xarici işlər nazirinin müavini, Kiçik və Orta Sahibkarlıq Agentliyinin rəhbəri və AZPROMO-nun prezidenti, Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə birlikdə iştirak edir.

Tədbir Pakistandakı izləyicilər üçün canlı yayımlanmaqdadır.
Açılış mərasimində çıxış edən Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) idarə heyətinin sədri Azər Əkbərov deyib deyib ki, Azərbaycanla Pakistan arasında yaradılan bu əməkdaşlıq iki ölkə arasında mövcud olan unikal münasibətlərdən xəbər verir.

Onun sözlərinə, Azərbaycan-Pakistan münasibətləri beynəlxalq arenada bütün dövlətlərə əməkdaşlıq və müttəfiqlik nümunəsidir.




Ana səhifəyə qayıt        Baxış: 3 157          Tarix: 7-07-2021, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma