Xəbər lenti
Polis Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Mühafizə Xidmətində əməliyyat keçirib. 
Ovqat.com xəbər verir ki, Lent.az sözcü-yə istinadən xəbər verir ki, FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən 19 xüsusi təyinatlı polis əməliyyat nəticəsində ifşa edilib. Onlardan ikisi rəis vəzifəsindədir.
 
Qeyd edək ki, mühafizə sistemindəki təmizləmə Türkiyədə bir neçə gündür davam edən və 9 mindən çox polisin işdən çıxarılması ilə nəticələnən silsilə çərçivəsində baş tutub. Bu şəxslər Türkiyə prezidenti və ailəsinin mühafizəsi ilə yanaşı prezident sarayı, yaşayış yeri, ofisi kimi obyektlərin də təhlükəsizliyinə cavabdeh olub.



Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 27-04-2017, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma