Xəbər lenti

  Türkiyə millət vəkili Karo Paylan İraq Kürdistandakı referendumdan sonra Türkiyənin küçələrindən birində asılmış Bərzani əleyhdarı posterlə bağlı qeyd yazıb.

Axar.az xəbər verir ki, o, bu qeydini öz Tvitter səhifəsində yerləşdirib.

“Siz nifrətə yol açan bu poster üçün şərh tələb edirsinizmi?" – deyə o qeydində bildirib.

Qeyd edək ki, posterdə "Bərzaninin yəhudi kökləri var. Biz sənin kim olduğunu bilirik. Sənin əsas məsələn Kürdütan deyil, böyük İsraildir" ifadələri yer alıb.




Ana səhifəyə qayıt        Baxış: 600          Tarix: 30-09-2017, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma