Xəbər lenti

 ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Türkiyə ilə viza böhranının müzakirəsi üçün Ankaraya gəlib.

Axar.az xəbər verir ki, Ankaraya gələn nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Departamenti rəhbərinin müşavirinin müavini Conatan Koen rəhbərlik edir. ABŞ nümayəndə heyəti Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin müşavirinin köməkçisi Əhməd Muxtar Günlə görüşəcəklər.

Qeyd edək ki, bundan öncə ABŞ və Türkiyə qarşılıqlı viza verilişlərini dayandırıblar. Buna səbəb isə Türkiyənin ABŞ-ın İstanbuldakı Konsulluğunun işçisi Mətin Topuzu “Gülən işi” istintaqı çərçivəsində həbs etməsi olub.




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 17-10-2017, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma