Xəbər lenti

  "Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşıdır."

"Report" xəbər verir ki, bu barədə Avropia İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "New Eastern Europe" nəşrinə müsahibəsində Bakı və Brüssel arasında yeni saziş imzalanması ilə bağlı məsələni şərh edərkən bildirib.

"Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Əlaqələrimizi təkmilləşdirmək və 1996-cı ildən qalan tərəfdaşlıq və əməkdaşlıq haqqında cari sazişi əvəz edəcək yeni ikitərəfli saziş çərçivəsində onu tam potensialına qədər inkişaf etdirmək niyyətindəyik", - Y.Han vurğulayıb.

Onun sözlərinə görə, bu saziş ümumi fundamental dəyərlər, prinsiplər əsasında yeni qlobal, sektoral və iqtisadi qarşılıqlı maraqlar, eləcə də yaşanılan çətinliklər nəzərə alınmaqla əlaqələri genişləndirəcək və dərinləşdirəcək. Aİ komissarı yeni sazişin siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcəyini də əlavə edib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Aİ-nin mövqeyi barədə danışan Y.Han bunun kifayət qədər aydın olduğunu vurğulayıb: "Aİ ATƏT-in Minsk qrupunun həməsdrlərinin gərginliyin aradan qaldırılması üzrə tədbirlər görülməsinə və substantiv danışıqların bərpa edilməsinə yönəlmiş səylərini tam dəstəkləyir".




Ana səhifəyə qayıt        Baxış: 860          Tarix: 18-10-2017, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma