Xəbər lenti

 "Azərbaycan əhalisi olduqca qonaqpərvər idi, orada hər bir neçə kilometrdən bir insanlar səni çay içməyə dəvət edirlər".

“Report” xəbər verir ki, bu sözləri velosipedlə dünyanı dövr edən estoniyalı səyyah Heyni Ryaemet yerli kanallardan birinə müsahibəsində deyib.

O, velosipedlə 500 km-ə yaxın yol qət edib və noybarın 2-də nəhayət ki vətəninə dönüb.

Heyni Ryaemet səyahətinə iyulun 7-də Otepya şəhərindən başlayıb və 483 gün ərzində velosipedlə 41 ölkədən keçməklə Yer kürəsini dövr edib. O, dünya səyahətinə çıxmaq üçün 5 il hazırlıq işləri görüb. Səyyah gözlənilməz uçuşlar və gəmi keçidləri üçün pul yığıb. Heyni, əsasən çadırda gecələyib. Ən qorxulu yollar İndoneziya, Hindistan və Braziliyada qeydə alınıb.

"Avstraliyada maşınlar tez-tez saxlayıb soruşurdular ki, hər şey qaydasındadırmı, su lazımdırmı? Azərbaycan əhalisi olduqca qonaqpərvər idi, orada hər bir neçə kilometrdən bir insanlar səni çay içməyə dəvət edirlər", - deyə Heyni Ryaemet xatirələrini bölüşüb.




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 3-11-2017, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma