Xəbər lenti

İlham Əliyev və Yens Stoltenberq, Brüssel, 23 noyabr 2017

 

Stanislav Tarasov

regnum.ru, 24.11.2017


Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO Şimali Atlantika şurasının toplantısına qatılıb. Onun həm də NATO baş katibi Yens Stoltenberqlə bütünlükdə bölgədəki durumu və alyans Bakı və İrəvan arasındakı münaqişənin tənzimlənməsi üzrə ATƏT xəttiylə danışıqlara qatılmasa da, xüsusən Dağlıq Qarabağ problemini müzakirə etdikləri görüşü olub.

Əliyev Stoltonberqi Bakıya səfərə dəvət edib, Bakı ilə Brüssel arasındakı təmasların tezliyi üzrə isə duyum yaranır ki, hər halda Azərbaycan NATO-ya inteqrasiya olunur.

Bu kurs hələ 1990-cı illərin başlanğıcında Bakıda populyarlıq qazanıb, Azərbaycan 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçıları sırasına daxil olub. Alyansın mütəxəssisləri o vaxtdan bəri hərbi planlaşdırma, mülki müdafiə sistemlərininn yaradılması və s.-də Bakıya kömək edirlər, hərbi və siyasi informasiya mübadiləsi baş verir. Azərbaycan Müdafiə Nazirliyi başçısı, general-polkovnik Zakir Həsənov əvvəllər Brüsseldə NATO-nun Əfqanıstandakı “Qəti dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak edib. Bakıda Azərbaycan silahlı qüvvələrində NATO günləri keçirilib. Tədbir alyansın hərbi tərəfdaşlığın yönəldilməsi qərargahının rəisi, polkovnik Aleksandr Şvabın iştirakilə ekspert qrupu tərəfindən təşkil olunub. İlk baxışdan görünə bilər ki, bunda təəccüblü heç nə yoxdur, axı Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qəti dəstək” missiyasına qatılıb, hərbçilər göndərir, tranzit imkanlarının təqdim edilməsinə gedir, həmçinin Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi göstərir. Lakin bakılı icmalçı Tofiq Abbasovun yazdığı kimi, “Əliyev NATO baş katibi Stoltenberqlə danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini əsas fraqment kimi nişanlamağa başlayıb”.

Bakı bunu “Qarabağda münaqişəsini təcriddən çıxarmaq üçün əlavə resurs cəlb etmək” cəhdiylə izah edir.

Azərbaycan təmsilçiləri NATO toplantısında, 2017

 

Azərbaycan məyus olub ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bel bağladığı ABŞ prezidenti Donald Trampın administrasiyası Cənubi Qafqazda aydın – Bakı üçün – taktika və fəaliyyət strategiyası ilə çıxış etmək hazırlığı sərgiləmir. Buna görə də Bakı siyasətçilərinin Azərbaycanın coğrafi və resurs potensialı haqda bütün ritorikasını təkcı univerrsitetlərin humanitar fakültələrinin tələbələri eşidir. Məsələ burasındadır ki, qəribə özəllikli durumların kompleksi ilə üzləşirik. Bakı özünü qoşulmayan ölkələr sırasına aid edir, lakin buna baxmayaraq, Şimali Atlantika alyansı ilə bir sıra ixtisaslaşdırılmış proqramlar üzrə əməkdaşlıq edir. Eyni zamanda NATO üzvü Türkiyə ilə “xarici güclərin təzavüzü” zamanı tərəfləri qarşılıqlı yardıma məcbur edən hərbi sazişi var. Yaxşı məlumatlandırılmış bəzi türk ekspertlərinin fikrincə, Ankaranı Bakıyla hərbi-siyasi ittifaq bağlamağa məhz alyans vəkil edib. Lakin bu zaman bir sual açıq qalır: müqavilədə təsbit edilmiş öhdəliklər bütün NATO-ya şamil edilirmi? Axı KTMT üzvü olmaqla Ermənistanın alyansla əməkdaşlıq proqramı var ki, bu da ekspertlər tərəfindən “misli görünməmiş” hadisə kimi dəyərləndirilir – İrəvanın hərbi-siyasi bloka üzvlüyü başqa bir ittifaqla əməkdaşlığa mane olmur. Hətta irəvanlı ekspert Akop Bədəlyanın yazdığı kimi, “AB-Ermənistan sazişinin təhlükəsizlik komponentinin siyasi implementasiyasını (icrasını-tərc.) NATO, daha dəqiqi, NATO-Ermənistan formatı həyata keçirəcək”.

Növbəti paradoks: Azərbaycanın alyansla əməkdaşlığı qonşu İranda potesnial təhlükə kimi nəzərdən keçirilir, halbuki Tehran İrəvanın mövqeyində bu cür təhlükə görmür. Məntiqi ardıcıllıqla mülahizəni davam etdirsək, hazırda Türkiyə və NATO qarşılıqlı münasibətlərində kəskin soyuqlaşma faktı və Suriya istiqamətində Rusiya, Türkiyə və İran arasında taktiki alyansın qurulduğu göz qabağındadır. Lakin Bakı Ankara ilə strateji tərəfdaşlığı aşkarca bəyan edərək birgə həmrəy siyasət qurmaq əvəzinə, əslində, ondan aralanıb Brüsellə birbaşa təmasa keçir. Prezident Əliyev bu zaman maraq oyandırarcasına bildirir ki, istənilən anda müharibəyə başlaya bilər, halbuki Cənubi Qafqazda qüvvələr tarazlığındakı dəyişikliklər heç də Azərbaycanın xeyrinə baş vermir. Ola bilsin, o bu qayda ilə Brüsseldə Ermənistanın mövqeyini zəiflətməyə çalışır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bu yaxınlardakı diplomatik fəallıq burumundan sonra hansısa yeni bir geopolitik bəlirtiyə yazılmalıdır?

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Ərdoğan

 

Türkiyə qəzeti “Daily Sabah” qeyd edir ki, bundan savayı, “hazırda Yaxın Şərqdə Suriya böhranının hərbi həllinin tərəqqisi siyasi-diplomatik tənzimləmə prosesinə çıxmaqla yanaşı “qütbləşmə oxu” Azərbaycanın qonşusu İranla Fars körfəzi dövlətləri arasından keçməyə başlayır”.

Nəşr hesab edir: “Bu cür baş verə bilər ki, ABŞ İrana qarşı müharibəni Dağlıq Qarabağın da aid olduğu köhnə bölgə münaqişələri vasitəsiylə “özgə əliylə” başlamağa cəhd edər”.

Məsələ bundadır ki, o zaman Bakıya hansı rol ayrılacaq. Bakının bəzi ekspertlərinin dəyərləndirdiyinə əsasən mülahizə etsək, Azərbaycanda hesab edirlər ki, birincisi, Türkiyə-NATO münasibətlərindəki böhran vaxt keçdikcə aradan qalxacaq. İkincisi isə, bu mərhələdə Ankara ilə ittifaqla bağlı riskə getmək Rusiyaya sərf etmir. Buna görə də proqnozlaşdırılır ki, Dağlıq Qarabağda silahlı münaqişə başlayacağı  halda “Moskva ABŞ və NATO basqısı altında neytrallığı saxlamağa cəhd edəcək”.

Lakin başqa cür də ola bilər. Vaşinqton kürd məsələsi üzrə Türkiyəni küncə sıxaraq Azərbaycanı arxa cəbhə dəstəyindən məhrum edər. Hər necə olur-olsun, Moskva Cənubi Qafqazda onun üçün əlverişsiz geopolitik tərtiblənməyə yol verməməlidir.

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 789          Tarix: 25-11-2017, 14:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma