"Azərbaycanda qəbul edilən qanunvericilik sənədlərində hüquqların bərabərliyi əsas götürülür".
"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, müəyyən istisnalarla əcnəbi vətəndaşların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları ilə eyni şəkildə qorunur: "Azərbaycan hökuməti hər kəs üçün bərabər hüquqların bərabər imkanlara çevrilməsi istiqamətində eyni şəraiti təmin edir".
B.Muradova qeyd edib ki, ölkədə bütün dini etiqadlar qanun qarşısında bərabərdir: "Milli Məclisdə qəbul edilən bütün qanun layihələrinin qəbulunda ictimai-sosial sifarişləri nəzərə almaqla qanunlarda dəyişikliklər edirik. On beş il ərzində Ombudsman institutunun faydalıq və səmərəliliyinin artırılması istiqamətində hər zaman lazımi addımlar atılır və bunun öz müsbət təsirini müşahidə edirik".
Paylaş: