“Dağlıq Qarabağ problemi mürəkkəbdir və dondurulmuş münaqişələr kateqoriyasına aiddir”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot dekabrın 12-də keçiridyi mətbuat konfransında bildirib.
Diplomat vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupun həmsdəri kimi münaqişənin həlli sahəsində öz vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir: “Ərazi bütövlüyü, güc tətbiq edilməməsi və xalqların müqəddəratını təyin etməsi danışıqların əsas prinsiplərdir. Münaqişə ətrafında baş verənlər Fransada ən yüksək səviyədə izlənir. Yalnız tərəflər məsələni tənzimləyə bilər. Mən Ermənistanda səfirəm. Həmkarım Minsk Qrupu tərkibindədir. Mən danışıqlar prosesinin mahiyyəti barədə heç nə danışa bilmərəm”.
O, 2018-ci ilin oktyabrında Farnsa prezidenti Emannule Makronun Ermənistana səfər edəcəyinin də bildirib.
Paylaş: