Xəbər lenti

Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

"Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın dövlət başçıları da iştirak edəcək.

Görüş Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Sammitdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır. 




Ana səhifəyə qayıt        Baxış: 629          Tarix: 26-12-2017, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma