Xəbər lenti

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır.

Trend-in məlumatına görə, bunu “Azernews”a müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir qeyd edib: “Macarıstanın bu məsələdə qəti mövqeyi ondan ibarətdir ki, münaqişə dinc yolla Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmalıdır”.

Diplomat xatırladıb ki, ötən ilin noyabrında “Şərq tərəfdaşlığı” sammitinin yekununda qəbul olunmuş bəyannamədə Avropa İttifaqı bir daha bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini ifadə etmişdi:

“Sammit iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə nizamlanması üçün səyləri bərpa etməyə çağırıb”.




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 25-01-2018, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma