Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması məsələsinə münasibət bildirib. Qeyd olunub ki, ölkədəki hazırkı status-kvonun saxlanmasına xidmət edən yeni kadr dəyişikləri ölkədə yaranmış sosia-iqtisadi durumun tezliklə yaxşılaşdılmayacağından xəbər verir və bu kosmetik dəyişiklər əsaslı islahatların keçirilməsinə stimul verə bilməz.
İdarə Heyəti Ermənistanda davam edən etiraz aksiyalarına münasibət bildirib və etirazın arxasında ölkənin gələcək həyatını Qarabağ siyasətinin əsirinə çevirən, adı çəkilən ölkəni yarıtmaz siyasəti ilə transmilli layihələrdə iştirakdan məhrum edən, Ermənistanı Rusiyanın caynağında məhv edən S.Sərkisyanın xalqa qarşı yönəlik səbatsız fəaliyyəti durur. Partiya rəsmiləri hazırkı rejim əleyhinə yönəlmiş və əsas hədəfi ölkəni Rusiyanın boyunduruğundan xilas etmək olan bu hərəkatı təqdir edib və beynəlxalq təşkilatları Ermənistanda başlayan xalq hərakatına həssas münasibət sərgiləməyə çağırıb.
İdarə Heyəti qardaş Türkiyədə erkən seçkilərə gedilməsi ilə bağlı yaranan gərginliklərdən, Türkiydə sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələrin bu gərginlikdən yararlanıb məkrli planlarını həyata keçirmək istəyindən narahatçılığını ifadə edib, eyni zamanda bu seçkilərin Türkiyə dövlətinin siyasi istiqlalının daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İdarə Heyəti Almaniyada mühacirət olan Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayevin Türkiyədə həbs olunaraq Azərbaycana gətirilməsi məsələsinə də toxunub. İdarə Heyəti hesab edib ki, bu hadisə siyasi sifarişlə beynəlxalq hüquq normalarına zidd şəkildə həyata keçirildiyindən heç bir halda təqdir oluna bilməz.
strateq.az
Paylaş: