Bu həftə ABŞ Konqresin Hüquq Komitəsinin sədri konqresmen Bob Qudlattenin rəhbərlik etdiyi konqresin nümayəndə heyəti Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana səfər edib.
ABŞ-ın Azərbaycandakı səfrilyinin məlumatına görə, mayın 3-də Bakıda səfərdə olan nümayəndə heyəti Baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və vergilər naziri Mikayıl Cabbarovla ikitərəfli və qlobal əhəmiyyətli müxtəlif məsələləri, o cümlədən, Azərbaycanın siyasi mühiti və bazar iqtisadiyyatına davamlı keçidlə bağlı məsələləri müzakirə edib.
Numayəndə heyətinin üzvləri Amerika Ticarət Palatasında təşkil olunmuş nahar vaxtı biznes liderlərlə də görüşüb.
Nümayəndə heyətinə sədr Qudlattedan (Respublikaçı – Virciniya), Keni Marçant (Respublikaçı – Texas), Mayk Bişop (Respublikaçı-Miçigan), Con Körtis (Respublikaçı-Yuta) və Henri Kuelar (Demokrat-Texas) daxildir. (Amerikanın Səsi)
Paylaş: