Naxçıvanda hərbi parad
Naira Ayrumyan
Lragir.am, 18.05.2018
Müdafiə naziri Lavid Tonoyan və xarici işlər naziri Zohrab Mnatsakanyan Ermənistan sərhədinin Naxçıvan hissəsinə baş çəkiblər. Nazirlər Ermənistan sərhədlərinin qorunmasını “inventarlaşdırmaq” üçün Artsaxa da (Dağlıq Qarabağa-red.) yollanacaqlar.
Sərhədlər etibarlı müdafiə olunmalıdır ki, diplomatlar danışıqları yeni çıxış nöqtəsiylə – milli maraqlarla təzələyə bilsinlər. Ermənistan Xarici İşlər Nazirliyi dünən bununla bağlıı ilk bəyanatla çıxış edərək vurğulayıb ki, Azərbaycan əvvəllər qəbul edilmiş razılşamaları icra edərsə, danışıqlar təzələnəcək.
Bu cür razılaşmalar altında hər şeydən əvvəl sərhəddə fitnəkarlıq və təxribatlar üçün cilovlayıcı vasitə ola biləcək monitorinq vasitələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Lakin Qarabağ münaqişəsi zonasında son bir neçə ildə qarşıdurmanın xarakteri dəyişilib – istifadə edilən silahların kalibri və mənzili dəyişilir və bu, Aprel müharibəsi vaxtı gözə dəyirdi. Uzaqvuran komplekslər və kamikadze dronlar, raketlər də o zaman tətbiq edildi.
Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Naxçıvanda olub və bildirib: “Naxçıvanda yerləşdirilən müasir silahlar, o cümlədən uzaqvuran raketlər düşmənin istənilən hərbi hədəfini vurmaq iqtidarındadır”.
Əliyev beləliklə eyham vurub ki, Azərbaycan hərbi əməliyyatları təzələməyi qət etsə, onda bu, avtomat və süngülərlə ənənəvi müharibə olmayacaq.
Əlbəttə, Ermənistanda “İskəndər”lərin və başqa uzaqvuran raketlərin varlığı mühüm önləyici amildir. Lakin aydındır ki, RƏM və HHM sistemləri yeni şəraitdə özəl önəm kəsb edir. Ola bilsin, bu gün təsadüfən elan edilməyib ki, Rusiya bazasına yeni “Kasta-2” RLS gətirilib. Bu, HHM-ə dəstək sistemidir.
Ermənistan və Rusiya öz HHM-lərini birləşdirib, 102-ci baza isə Birləşmiş Ermənistan-Rusiya qruplaşmasının tərkib hissəsi olub. Bu o cümlədən texniki təchizat mənasında qarşılıqlı öhdəlikləri nəzərdə tutur. Baş nazir Nikol Paşinyan Soçidə Putinlə görüş zamanı bildirib ki, Ermənistanda 9 may Moskva paradını maraqla izləyiblər.
Xatırladaq ki, Mokvada həmin gün ən yeni ordu çalışmalarını göstəriblər. Hətta Putin bildirib ki, bu çalışmalar Rusiyanın strateji üstünlüyünü on illərlə irəlicədən təmin etmək imkanı verir. Görünür, Paşinyan gözləyir ki, Moskva bu işləmələri Ermənistanla da bölüşəcək. Xüsusən də Azərbycan təcavüzkar niyyətlərini gizlətmədiyinə görə. Hətta Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağda və münaqişə zonasında uçuşsuz zona elan etməyi, lakin indiki nazir Məmmədyarov danışıqları təzələməyi təklif edir. Azərbaycanda hansı partiyanın üstün gələcəyini heç kim bilmir.
Tərcümə Strateq.az-ındır
Paylaş: