Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
“Dünyada sülhün və sabitliyin, iqtisadi inkişafın təmin olunması üçün beynəlxalq hüquqa hörmət olunmalıdır”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
E.Məmmədyarov deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təkcə region üçün deyil, bütün dünya üçün bir təhdiddir.
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün təmin olunması və iqtisadi inkişaf üçün əsas maneədir.
O bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib, lakin təəssüflər olsun ki, indiyə qədər bu qətnamələr yerinə yetirilməyib. BMT-dən əlavə çoxlu sayda beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbul edilməzdir. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır.
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə münaqişələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli üçün əlindən gələni edəcək.
Nazir bildirib ki, Azərbaycanın regionun iqtisadi inkişafında rolu artmaqdadır: “Azərbaycanın nəqliyyat və enerji layihələrin həyata keçirilməsi təşəbbüsü ilə beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq etməsi regionda əməkdaşlığın inkişafına öz töhfəsini verib”.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan ötən illər ərzində böyük infrastruktur, nəqliyyat və enerji layihələri həyata keçirib/Trend.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar