Xəbər lenti
Dünən, 19:25

Natalya Anufriyeva

vzqlyad.ru, 31.05.2018

 

ABŞ Suriyada iştirak üçün “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) faydalanır; Dəməşq hərəkatla danışıq aparmaq niyyətindədir, lakin danışıqlar iflasa uğrayacağı halda güc işlətməyə hazırdır. SƏR prezidenti Bəşər Əsəd bildirib – amerikalılar bu variantların hər birində Suriya ərazisini tərk etməlidirlər.

Əsəd RT telekanalına müsahibədə bildirib ki, Hələb, Deyr-əz-Zor, Xoms və Dəməşq azad edildikdən sonra “ABŞ-ın əlində getdikcə daha az kart qalır”.

Əvvəllər Vaşinqtonun kozırı, aydınlaşdığı kimi, həmin “əl-Qaidə” olan “Cəbhət ən-Nusra”ydısa, ABŞ indi yeni “kart” kimi SDQ-i seçib; hökumət qoşunları irəlilədikcə və terrorçular neytrallaşdırıldıqca “ölkədə … yeganə problem məhz onlar olaraq qalırlar”.

Suriya lideri izah edib: “Biz bu problemi iki üsuldan biriylə həll etmək niyyətindəyik. Birincisi, biz danışıqlara açığıq. Axı SDQ tərəfdarlarının çoxu suriyalılardır. Və biz hesab edirik ki, onlar da öz ölkələrini sevir və xarici güclərin oyuncağı olmaq istəmirlər. Belə ki, bizim çıxış mövqelərimiz eynidir. Özü də artıq birinci onillik deyil ki, biz hamımız amerikalılara etibar etmirik – müharibəyə görə deyil, çünki hər addımda yalan danışırlar, Həmişə bir söz deyir, başqa iş görürlər. Belə ki, variantlardan biri – suriyalıyla suriyalı kimi bir-birimizlə birgə yaşamaqdır”.

Danışıqların iflası halında tətbiq edilə biləcək ikinci variant güc işlətməklə ərazilərin azad edilməsidir.

Əsəd vurğulayıb: “Sadəcə, Amerikanın iştirakına münasibətdə bizim başqa variantımız yoxdur. Bu bizim torpağımızdır və onu azad etmək bizim haqqımız və borcumuzdur. Amerikalılar isə getməlidirlər, bu, gec, ya tez baş verəcək. Onlar heç bir hüquqi əsas olmadan İraqa soxulublar və görün, bundan nə alındı. Onlar nəticə çıxarmalıdırlar. İraq – istisna deyil, Suriya da. Bölgəmizin xalqları xarici müdaxiləyə daha dözməyəcək”.

O habelə qeyd edib ki, Vaşinqton və onun “Qərbdəki oyuncaqları terrorçu qruplaşmaları dəstəkləyərək onların təzə qüvvələrlə SƏR-ə nüfuz etməyinə yardım olmaqla” Suriya böhranının siyasi tənzimlənməsinə mane olur. Buna görə də indiki anda Dəməşqin əsas vəzifələrindən biri Qərbdən daha cəld hərəkət etməkdir. Prezident əlavə edib: “Və düşünürəm ki, buna müvəffəq olacağıq”.

Əsəd məlumat verib ki, ABŞ bütün Suriyaya güclü kompleks zərbə variantını nəzərdən keçirib, lakin Rusiyanın qarşılıqlı bəyanatları onu dayandıra bilib.

Əsəd deyib: “Rusiyalılar o zaman açıq bildirdilər ki, raketlərin buraxılış nöqtəsini məhv etməyə hazırdırlar. Bizim məlumatımıza görə – bizdə dəlil yoxdur, yalnız məlumatlar var, ancaq mötəbərdir – o (ABŞ-“Vzqlyad”) Suriyanın bütün ərazisinə güclü kompleks zərbə variantını nəzərdən keçirib. Məhz bu təhlükə Qərbi daha sadə tədbirlər görməyə vadar edib”.

Beləliklə, Suriya lideri hesab edir ki, Rusiya və ABŞ SƏR-dəki münaqişədə “yetərincə yaxına” gəlib, amma Moskvanın müdrikliyi sayəsində bu, baş verməyib. O bildirib ki, Suriyada durumu sabitləşdirmək üçün Rusiya dəstəyi lazımdır. Eyni zamanda “amerikalılar tərəfdən axmaq hərəkətlərdən yayınmaq gərəkdir”.

Əsəd habelə deyib ki, Rusiya Suriyanınn RƏM sistemini daha güclü olmağa yardım edib, “İsrail, ABŞ, Böyük Britaniya və Fransanın bu yaxınlardakı həmləsi” bunu təsdiqləyib. Respublika hökuməti hava hücumundan müdafiəni bundan sonra da möhkəmləndirmək niyyətindədir.

Qeyd olunur ki, döyüşçülər böhranın başlanğıcında birinci növbədə HHM obyektlərinə hücum ediblər və onun “xeyli hissəsi”ni sıradan çıxarıblar ki, onun fikrincə, bu da İsrailin Suriya münaqişəsinin qızışdırılmasında əli olduğunu təsdiq edir.

SƏR rəhbəri əlavə edib ki, ABŞ-ın Suriyaya yeni zərbələrini istisna etmək olmaz, çünki Vaşinqton “müxtəlif sahələrdə və müxtəlif səbəblərdən” beynəlxalq hüquq normalarını hər gün tapdalayır. Buna görə də “dünyanın istənilən ölkəsi belə hücumun obyekti ola bilər”.

Əsəd qeyd edib: “Bu zərbə üçün hüquqi əsaslar hansılardır? Onların təyyarələri burada uçduğuna görə? Onların gerçəklikdə terrorçuları dəstəkləyən “antiterrorçu” adlanan koalisiyanın fəaliyyəti üçün hüquqi əsaslar hansılardır? Heç bir. Bəs Yəmənə, Əfqanıstana, Pakistan sərhədinə və s.-yə zərbə üçün? Yenə də yoxdur”.

Suriya lideri kimyəvi silah mövzusuna toxunaraq Respublikada bu cür silahın olmadığını növbəti dəfə vurğulayıb və əlavə edib ki, onun işlədilməsi mənasız olardı, çünki Dəməşq “mülki əhalinin qəlbi və ağlı uğrunda” savaşı udmağa nail olub.

Əsəd deyib: “Biz onu (kimyəvi silahı- “Vzqlyad”) öz xalqımıza qarşı işlətməzdik… Dəstəyinə müvəffəq olmağa çalışdığın mülki əhaliyə qarşı kimyəvi silahı necə işlədə bilərsən?”

O, diqqəti kimyəvi silah işlədilməsi haqda məlumatlardakı məntiqi uyğuşmazlığa, həmçinin yerli sakinlərin hücum faktlarını inkar etdiyinə yönəldib. Məsələn, kimyəvi hücumlardan biri guya Suriya qoşunlarının Şərqi Qutada qələbəsindən sonra baş verib. Respublika başçısı qeyd edib: “Bu bölgədə hərbçilərin, döyüşçülərin və mülki əhalinin böyük sıxlığı var idi. Kimyəvi silah işlədilən zaman hamı ziyan çəkməliydi, bu isə olmayıb”.

O, fikir ifadə edib ki, “bu əhvalat Suriyaya hücum üçün bəhanə kimi” uydurulub.

Azad edilmiş ərazilərdə böhranın başlanğıcında hökumətə qarşı çıxış edən mülki əhalinin içindəkilər indiki anda Вölkə rəhbərliyini dəstəkləyir, “çünki hökumətin varlığıyla xaos arasındakı fərqi görürlər”.

Əsəd bildirib ki, terrorçular kənardan yardım almasaydılar, Suriya hökuməti bir ilə onların öhdəsindən gələ bilərdi, hələlik isə müharibənin bitməsinin dəqiq müddətini “demək çətindir”.

O, əlavə edib: “Amma buna yaxınlaşırıq,  göz qabağındadır”.

Deməli, Suriya rəhbərliyi İdlib əyaləti daxil olmaqla ölkənin bütün ərazisini terrorçulardan azad etmək niyyətindədir. Prezident qabardıb ki, Suriyanın müxtəlif hissələrindəki döyüşüçlərin özləri İdlibə yollanmaq haqda qərar qəbul ediblər. Əsəd əlavə edib: “Planımız buydu ki, əksinə, onları bir-iki, üç rayona toplayaq. Eyni zamanda on və ya hətta 100-dən çox istiqamətdə vuruşmaqdansa iki, üç, ya dörd istiqamətdə vuruşmaq daha yaxşıdır. Bu, hərbi baxımdan sərfəlidir. Seçimi onlar ediblər, amma bu, hərbi baxımdan bizim üçün hətta çox yaxşıdır”.

Tərcümə Strateq.az-ındır.

 

 




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 1-06-2018, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma