Xəbər lenti

ABŞ dövlət katibi Amerika Dövlətləri Təşkilatını (OAS) Venesuelanın qrupdan çıxarılmasına çağırıb.

Amerikanın Səsinin verdiyi xəbərə görə, Mayk Pompeo deyib ki, Venesuela konstitusional asayişi bərpa etməyincə, qurumdan kənarda saxlanılmalıdır. O, Nikolas Madurounun yenidən seçilməsinə imkan yaradan seçkiləri saxta adlandırıb.

Pompeo Maduro hökumətini demokratiyanı tam şəkildə məhv etməkdə günahlandıraraq, 34 üzvlük qurum qarşısında Venesuelanın urəkağrıdıcı bir fəlakətlə üzləşdiyini deyib.

Ötən ay ABŞ-ın vitse-prezidenti də Karakasın qurumdan çaxarılmasını təklif etmişdi.

“Biz qrupun bütün üzvlərinin xalq naminə çalışmasını görmək istəyirik. Konstitusional asayış bərpa edilməli, beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və ədalətli seçkilər keçirilməli, siyasi məhbuslar azad edilməlidir”, – Pompeo deyib.

Bundan əlavə, dövlət katibi OAS-ı Maduro rejiminə qarşı təzyiqlərin artırılmasına səsəəyib. O, sanksiyaların tətbiqi və digər lazımi addımların atılmasını da istəyib.

“Maduro rejimi qeyri-konstitusional bir istiqamət alıb, insan hüquqlarına riayət etmir. Bütün bu əməllər konstitusiyaya ziddir” – deyə, Pompeo bildirib.

Qurumun ABŞ-ın tələbinə cavabı bəlli deyil.

Lakin Venesuelanın xarici işlər naziri Corc Arreaza Amerikanı beynəlxalq qanunları pozmaqda günahlandırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 5-06-2018, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma