Xəbər lenti
Dünən, 19:25

Aram Amatuni

“1in.am”, Ermənistan, 15 iyun 2018-ci il

 

Ermənistanda baş verən məxməri inqilaba və yeni reallıqlar şəraitində Avropa Birliyi (AB) -Ermənistan münasibətlərinin və  “Şərq tərəfdaşlığı”nın perspektivlərinə həsr olunmuş konfransda iştirak edən avropalı diplomatlar bütövlükdə hazırkı vəziyyəti “öncədən proqnozlaşdırıla bilməyən və qeyri-müəyyən” qiymətləndirərək, Ermənistandakı durum və yeni hökumətin Avropa siyasəti haqqında həyəcanlı tonlarda fikir bildiriblər.

Bu həyəcanın əsaslı, ya əsassız olması, əlbəttə, məsələnin başqa tərəfidir. Məsələnin bir tərəfi də ondan ibarətdir ki,  bu həyəcan mövcuddur və o, təsadüfi olaraq səsləndirilə bilməzdi. Belə ki, onu bir deyil, bir neçə diplomat, məsələn, AB-nin və Almaniyanın Ermənistandakı səfirləri səsləndirib.

Ona görə də belə hesab etmək olar ki, söhbət mövcud olan və ya formalaşmış bir əhval-ruhiyyədən gedir. Deməli, o, böyük diqqət tələb edir.

Bu halda ona həm hakimiyyət, həm də cəmiyyət diqqət etməlidir, çünki Ermənistanın Avropa siyasəti birincinin də, ikincinin də məsuliyyət çərçivəsi daxilində olmalıdır.

Əlbəttə, anlamaq lazımdır: bu həyəcan və ya narahatlıq yalnız diplomatik nümayəndəliklər səviyyəsindədir, yoxsa onlar Avropa mərkəzlərində mövcud olan həyəcan və ya narahatlığı ifadə edirlər?

Yeri gəlmişkən, bu kontekstdə belə bir fakt maraqlı olur ki, Ermənistanın yeni Baş nazirini, 1 nömrəli məmurunu, yumşaq desək, onun üçün təsadüfi olmayan bir ölkənin – Fransanın prezidenti hələ də təbrik etməyib. Yerevan bu mənada yalnız Fransa Baş nazirindən təbrik alıb.

Bu, sözsüz, hələ ki, detallardır və bundan Ermənistan-Avropa münasibətlərinin qeyri-müəyyənlik və ya qarşıdurma tablosunu düzəltməyə dəyməz. Ancaq detallara adekvat diqqət verilməzsə, belə bir tablo gözlənildiyindən də sürətlə formalaşa bilər.

Digər tərəfdən, münasibətlərin çıxış nöqtəsi və yol xəritəsi olmalı olan Ermənistan-AB çərçivə razılaşması mövcuddur. Beləliklə, Ermənistan və Avropa bir-birilə bu sənədə uyğun olaraq, zaman və ya funksiya planında hər hansı bir yayınma olduğunu göstərərək, çox konkret danışmalıdırlar.

Həyəcan və narahatlıqlar da həmçinin, Ermənistan cəmiyyətinə daha aydın, ölçülə və nəzarət edilə bilən olması üçün, bu sənədləşdirilmiş çıxış nöqtəsi əsasında formalaşdırılmalı və təqdim edilməlidi.

Belə olmalıdı ki, cəmiyyətin öz dəyərlərinə və sivilizasiya aidiyyətinə görə Avropa siyasətinə meyl edən dairələri və strukturları öz tələblərini və yeni hakimiyyət üzərindəki nəzarətlərini konkretləşdirə bilsinlər.

Bundan əlavə, yeni hökumətin əks-reaksiyaları da konkret olsun ki, onlar da öz növbələrində Avropanın siyasətini, davranışını ölçülə bilən, Avropalı diplomatların fəaliyyətini isə effektli edə bilsinlər.

Deyək ki, Ermənistan-Rusiya münasibətlərini misal göstərməyə dəyər, çünki onlar Ermənistan cəmiyyəti üçün tamamilə konkret olan ittifaq sənədlərinə və müqavilə-hüquq münasibətlərinə görə, ölçülə və nəzarət edilə bilən olurlar. Onların sayəsində Ermənistan cəmiyyəti həm Rusiya, həm də Ermənistan rəhbərliyinin bu oriyentirdən, – erməni-rus münasibətlərini təhrif edən və onları, mahiyyəti etibarı ilə, çoxsaylı təhlükələrlə dolu olan antierməni hadisəsinə çevirən, – istənilən yayınmasını dəqiq və konkret olaraq göstərə bilər.

Əlbəttə, yekunda bu ictimai ölçülü nəzarətin hansı nəticəyə gətirib çıxaracağı başqa məsələdir, çünki Rusiya hakimiyyəti səviyyəsində, ən azı hələ ki, Ermənistan ictimai rəyinin nəzərə alınmaması meyli üstünlük təşkil edir. Görünür, bıçaq Rusiyanın özünün sümüyünə dayanmayanadək belə davam edəcək. Ermənistanın özündə də, ən azı bir ay yarım bundan öncəyədək, rəhbərliyin cəmiyyətin rəyinə münasibəti məhz belə idi.

Lakin Ermənistan-Avropa münasibətlərilə bağlı olaraq, ictimai rəy erməni-Avropa münasibətlərinin mühüm, maksimum effektli ictimai nəzarət aləti və təminatı ola bilər. Bu baxımdan Ermənistan-AB çərçivə sazişinin mühüm siyasi və ictimai əhəmiyyəti də məhz bundan – erməni-Avropa münasibətlərini manipulyasiyalardan qorumaqdan və faktlarla dəstəkləməkdən ibarətdir.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 16-06-2018, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma