Xəbər lenti
Dünən, 19:25

“Dövlət qulluğu bəzilərinin düşündüyü kimi, təkcə kreslo tutmaq, geniş səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyninə ağır yük düşür və bunu hər kəs gündəlik təcrübəsində görür və hiss edir”.

 Strateq.az bildirir ki, bu sözləri  Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov “Azərtac” rəsmi dövlət agentliyində dərc olunmuş  məqaləsində qeyd edib. İsmayılov bildirib ki, İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyil: “2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir”.

Məqalədə deyilir ki, dövlət quruculuğu məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi sahələrdən biridir. Bu məsələləri idarəetmənin müxtəlif sahələrini əhatə edən normativ hüquqi aktlarla tənzimləyən Azərbaycan Prezidenti son 5 il 5 ay ərzində dövlət quruculuğu məsələlərinə dair 420-dən artıq fərman və sərəncam imzalayıb.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir: “Ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyildir. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir.

S.İsmayılov yazıb ki, dövlət qulluğunun təşkilində kadrların peşəkarlığı, səriştəliliyi həmişə vacib olub, bu gün də vacib məsələlərdən biri sayılır və bunun üçün ən müxtəlif vasitələrdən geniş istifadə olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 22-06-2018, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma