Xəbər lenti

“Gələcək  aylarda  parlament seçkiləri önə çəkilərsə,  Respublikaçı Alternativ Partiyasının  (REAL)  növbədənkənar qurultay keçirə bilər”.

Bunu REAL-ın icraçı katibi Natiq Cəfərli  Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, REAL-ın qurultayı yeni baş tutub:

“Yəni  biz müxətlif yeni üsullarla qurultayımızı keçirdik. Və məclis seçkiləri də olub, 5 nəfərdən ibarət  idarə heyəti təsdiqlənib. Məclisin komissiyaları da formalaşıb. Hələlik qurultayın keçirilməsinə bir lüzum görmürük. Amma gələcək  aylarda  parlament seçkiləri önə çəkilərsə, seçkilərə namizdələrin müəyyənləşdirilməsi, məclisdə müəyyən dəyişikliklərin olunması ilə əlaqəli qurultay baş tuta bilər. Hələ ki gündəmimizdə yeni qurultayla əlaqəli fikirlər yoxdur, rəsmi olaraq müraciəti də düşünmürük.   Yalnız seçkilər dediyim kimi olarsa, növbədənkənar qurultay baş tuta bilər”.

Xatırladaq ki, bundan öncə  REAL Hərəkatı  qurultayın keçirilməsinə yer ayrılması istiqamətində  Bakı Şəhər İcra Hakimiyyətindən  müsbət cavab almadığı üçün öz qurultayını sosial şəbəkədə keçirib. “Qurultay nümayəndələri” qrupu yaradılıb və təsis konfransı virtual olaraq  baş tutub.

Həmçinin iyulun 29-da Respublikaçı Alternativ Partiyasının (REAL) I Məclisinin iclası keçirilib. İclasda partiyanın strukturlarına – partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.

Bundan başqa REAL-ın sədri İlqar Məmmədov da bir neçə gün öncə həbsdən azad edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 512          Tarix: 16-08-2018, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma