Xəbər lenti

Fransa və İtaliya uzun zamandır Liviyada Qəddafidən sonrakı dövrdə hansı dəyişikliklərin baş verməli olduğuna dair fərqli fikirlərə sahib idi, lakin son aylarda onların bu fikir ayrılıqları ictimailəşdirilib. Bu isə öz növbəsində bəzi təhlilçilər arasında belə bir düşüncə yarandı ki, iki tərəf arasında gərginlik diqqəti İŞİD-ə bağlı militantlara qarşı mübarizədən yayındıra bilər.

Yerli mətbuatın verdiyi məlumata görə, ciddi dərəcədə zəifləyən və 2016-cı ildə ABŞ hava hücumları nəticəsində əsas istinadgahı Sirtedən məhrum olan İŞİD qrupu ölkənin bəzi hissələrində yenidən güc əldə edə bilər.

“Fikrimcə, Fransa-İtaliya arasında mübahisə liviyalılar arasında fikir ayrılıqlarına səbəb ola bilər və bu fikir ayrılığı İŞİD, Əl-Qaidə, yerli qruplar və Liviyadakı digər radikalların güclənməsinə gətirib çıxaracaq”– deyə, Tripolidən olan təhlilçi Mustafa Feturi Amerikanın Səsinə bildirib.

İntiharçı hücum

 

İŞİD bu ay Liviya paytaxtında Liviya Milli Neft Şirkətinin qərargahına edilən intiharçı bomba hücumunun məsuliyyətini üzərinə götürüb. Həmin hücum nəticəsində iki işçi ölüb, bir neçə digəri isə yaralanıb.

Terror qrupu həmçinin may ayında Tripolidə azı 12 nəfərin ölümü, bir çoxlarının xəsarət alması ilə nəticələnən Liviya Seçki Komissiyasının qərargahına hücumun məsuliyyətini üzərinə alıb.

Vaşinqtonda fəaliyyət göstərən Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi David Qartensteyn-Ross deyib ki, o, İtaliya ilə Fransa arasında Liviya üzərində davam edən gərginliyin Avropanın Liviyadakı terror əleyhinə səylərin xələl gətirə biləcəyini düşünür.

“Mümkündür ki, bu ziddiyət Avropanın Liviyaya qarşı təzadlı anti-terror siyasəti yürütməsinə gətirib çıxaracaq”, – Qatensteyn-Ross söyləyib.

“Əvvələr, Avropa Birliyi Liviyaya qarşı nisbətən vahid siyasət aparırdı”, – o əlavə edib.

Atlantik Şuranın Rafik Hariri adına Yaxın Şərq Mərkəzinin baş elmi işçisi Kərim Mezran Fransa ilə İtaliya arasındakı fikir ayrılıqlarına NATO-nun Fransanın başçılığı ilə 2011-ci ildə Liviyaya müdaxiləsinin səbəb olduğunu düşünür. Bu hərbi müdaxilə Liviya üzərində uçuşa qadağa zonasının yaradılması və Qəddafinin hakimiyyətdən devrilməsi ilə nəticələndi.

“İtaliya isteblişmentində belə bir düşüncə var ki, Fransa Liviyanı İtaliyadan qaçırıb”, – Mezran deyib.

“Fransa Qəddafini bombalamağa çox tez qərar verdi”, – o əlavə edib.

 

İctimai tənqid

Hər iki ölkə son aylarda bu mübahisəni ictimailəşdirib. İtaliyanın müdafiə naziri Elizabetta Trenta Liviyadakı əməllərinə görə, Fransanı qınayıb.

“İnkar edilə bilməz ki, Liviyanın bu vəziyyətdə olmasına 2011-ci ildə bir insanın öz maraqlarını Liviya xalqı və Avropanın maraqlarından üstün tutması səbəb oldub” – deyə, o, bu ayın əvvəli söyləyib.

Trentanın bu çıxışında digər NATO üzvlərini Liviyaya müdaxilə etməyə razı salan Fransanın sabiq prezidenti Nikolas Sarkoziyə istinad etdiyi güman edilir.

Fransa Trentanın sözlərinə rəsmi cavab verməyib, lakin ölkə İtaliyanın Liviya yanaşmasını qınayıb.

May ayında Fransa prezidenti Emmanuel Makron İtaliyaya məhəl qoymayaraq, Liviyalı fraksiyaları Parisə dəvət edib. Orada onlar Fransanın dekabr ayında seçki keçirmək təklifi üzərində razılıq əldə edib. İtaliyaya isə bunun əleyhinə çıxır, çünki hazırda Liviyada seçki keçirmək üçün doğru zamanın olmadığına inanır.

Fransa və İtaliya arasında Liviya üzərində fikir ayrılıqları uzun zamandır davam edir.

Makron 2017-ci ildə hakimiyyətə gələndən qısa müddət sonra, Fransanın yüksək səviyyəli rəsmisi “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə İtaliyanın Liviyada apardığı diplomatiya ilə bağlı məyusluğunu dilə gətirib, İtaliyanı Misratadakı yarı-hərbi dəstəni dəstəkləməklə yanlış addım atmaqda günahlandırmışdı.

 

Nüfuz dairəsi

 

Bəzi təhlilçilər düşünür ki, İtaliya ilə Fransa arasındakı bu gərginliyin səbəbi İtaliyanın geosiyasi maraqlarıdır, çünki Liviya bir zamanlar İtaliyanın müstəmləkəsi olub və onlar regionun İtaliyanın nüfuz dairəsində olduğunu hesab edir.

“Məncə, İtaliyanı ən çox narahat edən məqam Fransanın İtaliyanın təsdiqi olmadan Liviyaya təsir göstərməyə çalışmasıdır” – deyə, Texasda qərargahlanan “Stratfor” beyin mərkəzinin qlobal təhlilçisi Metyu Beybildirib.

 

Seçki

 

İki NATO müttəfiqi arasında mübahisəyə səbəb olan digər bir məsələ onların Liviyada seçkinin nə zaman keçirilməsi ilə bağlıdır.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Aqnes von der Muhll ötən həftə müxbirlərə deyib ki, Fransa bu il seçki keçirmək səylərini dəstəkləyir.

İtaliya isə Liviyada dekabrın 10-nadək seçkinin keçirilməsini rədd edir və ölkədə öz konfransını təşkil etməyi planlaşdırır.

“Mən ABŞ prezidenti Donald Trampla olan razılığa əsasən, Liviyada konfrans təşkil edəcəm”, – İtaliya baş naziri Cuzeppe Konte iyul ayında ABŞ lideri ilə görüşəndən sonra Ağ Evdə müxbirlərə bildirib.

Konte ABŞ-ın bu addımı dəstəklədiyi göstərməyə çalışsa da, ABŞ məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Amerikanın Səsi

 




Ana səhifəyə qayıt        Baxış: 436          Tarix: 26-09-2018, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma