Mustafa Akyol
Foreign Policy (ABŞ), 21.10.2018
Görkəmli Səudiyyə jurnalisti Camal Xaşuqçinin oktybarın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda baş vermiş oğurlanması və qətlə yetirildiyi ehtimalı Səudiyyə Ərəbistanının varis şahzadəsi Muhəmməd ibn Salmanın islahatçı maskasını yırtaraq onun despot simasını üzə çıxardı. Bununla yanaşı, bu qalmaqalın Türkiyə və Səudiyyə Ərəbistanının tarixi rəqabətini növbəti dəfə necə özəl nəzərə çarpdırdığı praktik olaraq hissolunmaz qaldı.
İkitirəlik ölkələrin müxtəlif tarixi əyrilər üzrə inkişaf etməyində, sünni islamın müxtəlif şərhlərinə etiqadda və çağdaş Yaxın Şərqə zidd baxışlarda yuvalanıb. İndiki böhran qeyri-müsəlman dünyasını kiminsə tərəfini tutmağa vadar edərsə, qarşıda asan seçim durur: hər ikisinin qüsurları var, amma tarixləri və gələcək planları nəzərə alınsa, rəqiblərdən yalnız biri beynəlxalq dəstəyə layiqdir.
Bu qarşıdurmanın başlanğıcı 18-ci yüzilliyə aparır. Ərəbistan yarımadasının yaşayış üçün yararlı bölümü daxil olmaqla indi Yaxın Şərq adlandırdığımız ərazi o zaman Osmanlı imperiyasına məxsus idi. Bu geniş ərazi İstanbuldan yönəldilirdi – ona o zamanlar hələ Konstantinopol deyirdilər – orada aparıcı rolu isə türklər və Balkan müsəlmanlarının, başlıca olaraq bosniyalı və albanların üstünlük təşkil etdiyi çoxmillətli elita oynayırdı.
Ola bilsin, Ərəbistan yarımadasının müqəddəs Məkkə və Mədinə şəhərlərinin daxil olduğu Hicaz bölgəsi dini təsəvvürlər üzündən sayğıyla anılırdı, amma bura siyasi və mədəni naməlumluqda uyuyan ucqar idi.
1740-cı illərdə Ərəbistan yarımadasının daha çox təcridə düşən mərkəzi hissəsindən “gerçək islamı” diriltməyə alovlu çağırışla Muhəmməd ibn Əbd əl-Vəhhab adlı ilahiyyatçı meydana çıxdı. O, sünni islamının dörd ən nümunəvi sünni məktəbinin hənbəli məzhəbini dirçəltdi və bütün düşgünlüyü ilə “dönük” müsəlmanların – əsasən, şiələrin, amma sünnilərin də bir hissəsinin, məsələn, osmanlıların üstünə düşdü. O, sonuncuları sufilik mistisizmi və bütpərəstlik daxil olmaqla cürbəcür “bidətçilik”də (dinə yenilik gətirmək-red.) ittiham edib – xristianlıqda “küfr” sözü bu terminə təxminən uyğun gəlir.
əl-Vəhhab tezliklə Səudiyyə sülaləsinin qurucusu Muhəmməd əl-Səud adlı əmirlə birləşdi. Onların qurduğu ilk Səudiyyə dövlətinin əndazəsi genişləndi, 1801-ci ildə Kərbəlada şiə qırğınına və 1803-cü ildə Məkkənin işğalına səbəb olan iştahası isə çoxaldı. Osmanlılar 1812-ci ildə msirli vassallarının dəstəyi ilə vəhhabi qiyamını darmadağın etdilər və vəhhabilik səhraya geri çəkildi.
Osmanlılar 1856-cı ildə qul alverini yasaqlayaraq növbəti bidətçi “yeniliyə” gedəndə – bu isə Afrika sahilləri və Ciddə şəhərini birləşdirən gəlirli iş idi – Hicazda britaniyalı müttəfiqlərin yardımıyla növbəti dəfə iğtişaşlar qopdu. Məkkə hökmdarı Əbdül-Mütəllib qəzəblənmiş qul alverçilərinin yedəyində gedərək türkləri kafir, onların qanının axıdılmasını isə qanuni elan etdi. Osmanlı imperiyasının dövlət xadimi Əhməd Cövdət Paşanın salnamələrindən məlum olduğu kimi, “qadına öz bədənini örtməmək (hicabsızlıq; yeri gəlmişkən, əl-Əzhər universiteti (Misir) ilahiyyatçılarının Qurani-Kərimə isnadən gəldikəri qənaətə görə, islam dinində hicab anlayışı “örtüyü” deyil, pərdəli əxlaq və davranışı ifadə edir-red.), ata və ya ərindən ayrı yaşamaq və boşanmaq icazəsi vermək” türklərin “günahı” sayıldı.
Bu yenilik XIX yüzilliyin ortalarında Qərbin bir çox norma və institutlarının Osmanlı imperiyasına yayıldığı böyük islahatçı hərəkat olan Tənzimat dönəmində meydana çıxıb. Tənzimat son nəticədə Osmanlı imperiyasını seçkili parlamenti olan konstitusiyalı monarxiyaya çevirdi – mütləq monarxiya kimi qalan Səudiyyə Ərəbistanında belə bir şey hətta bu gün də ağlasığmazdır. Bu, sonralar dünyəvi hüququn normaya çevrildiyi, qadınların bərabər hüquqlar əldə etdiyi və demokratiyanın inkişafa başladığı çağdaş Türkiyə Cümhuriyyətinin meydana çıxmasına gətirdi.
Hesab olunur ki, Türkiyə demokratiyası bu gün qaranlıq dönəm yaşayır: Fransa üslubunda sekulyarizm məsariflərinə prezident Rəcəb Tayib Ərdoğan dini reaksiya ilə özünün qarşısıalınmaz avtoritar populizmini yaymaq üçün istifadə edib. “Türkiyə modeli” – onu isə, göründüyü kimi, məhz Ərdoğan partiyası təmsil edib – 21-ci əsrin başlanğıcında islam və liberal demokratiyanın sinteziylə mən daxil olmaqla bir çox müsəlmanları valeh etmişdi. Lakin bu model son beş ildə sürətlə dağıldı, Türkiyə isə jurnalistlərin həbsxanaya salındığı, hakimiyyətə qarşı olanların isə tapdalandığı, nifrət, paranoyya və mənim “ərdoğanizm” adlandırdığım şəxsiyyətə yeni pərəstişin yayıldığı ölkəyə çevrilib. Ərdoğan və yoldaşları heç nəyə baxmayaraq, məhz türk islamçıları olaraq qalır, amma Səudiyyə elitasıyla müqayisədə onlar sünni islamının daha yumşaq şərhinə tərəfdar olmaqla daha çağdaş çərçivədə hərəkət edirlər. Bu durum Ankara və ər-Riyad arasında qızışan iki önəmli siyasi mübahisəyə işıq salır.
Bunun birincisi İrana aiddir. Səudlar İrana qarşı vahid sünni blokunun qurulması uğrunda çıxış edirlər – “rəvafidlər”ə (şiələri alçaldan ayama) qarşı nifrət vəhhabilikdə dərin kök atıb. Və onların davakarlığı İranla rəqabət üçün öz səbəbləri olan Vaşinqton və İsrail üçün ürək məlhəmi görünə bilsə də, bütün bölgə üzrə artıq Yəməndə qanlı vətəndaş savaşına səbəb olmuş təhlükəli təriqətçiliyə təhrik edə bilər.
Türkiyə isə Suriyadakı vətəndaş savaşı üzündən İranla çoxdankı fikir ayrılıqlarına baxmayaraq, onu elə belə də öz düşməni elan etməyib və heç bir antişiə əhvali-ruhiyyəsini qızışdırmayıb. Ərdoğan dəfələrlə vurğulayıb: “Mənim dinim sünni və şiələrin dini deyil. Mənim dinim islamdır”. Bu, təriqətçiliyin heç cür çoxalmalı deyil, yalnız azalmalı olduğu bölgəyə düzgün yanaşmadır. Ərdoğan hesab edir ki, İranın qarışdırıcı təsirini önləməyin ən yaxşı yolu hədə və təcavüz deyil, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın timsalında diplomatiyadır.
Ankara və ər-Riyad arasında ikinci prinsipial mübahisə Misirin əsas siyasi partiyası, bütün bölgədə filialları olan “Müsəlman qardaşlar”a aiddir. ər-Riyad “Müsəlman qardaşları”ı terrorşu təşkilat sayaraq pisləyir və buna görə də 2013-də “qardaşlar”ı hakimiyyətdən edən amansız hərbi çevrilişi dəstəkləyib. Ankara öz növbəsində çevrilişi pisləyib və İstanbulu xüsusən də “qardaşlar”ı dəstəkləyən ərəb dissidentlərinin yeni paytaxtına çevirərək məhz “qardaşlar”ın tərəfində durub.
Bu dartışmada kimin harada durduğunu düzgün anlamaq önəmlidir. Son Məqsədi islam hüququ (fiqh-red.) və yaxud şəriət olan “Müsəlman qardaşlar” siyasi partiyası dünyəvi ərəblər arasında müntəzəm təşviş doğurur. Səud Ərəbistanı təkcə şəriətin sərt formasını bərqərar etməyib, həm də bütün bölgədə hətta “Müsəlman qardaşlar”la müqayisədə qadın hüquqları kimi məsələlərdə daha mürtəce baxışlarilə seçilən sələfi hərəkatını dəstəkləyir.
Əslində isə, Səudiyyə Əbəbistanının “Müsəlman qardaşlar”a görə narahatlığı daha çox siyasidir: mütləqiyyəti inkar edən xəlqi islamçı hərəkat təhlükə sayılır. Madam belədirsə, onda onu güclə boğmaq gərəkdir – lap başqa səbəblərdən olsa da, bu arqument yenə də Qərb qırğılarının ürəyinə yatır. Lakin tarix öyrədir ki, həmin “qardaşlar”ın terrorçuluq özəkləri məhz ərəb müstəbidləri tərəfindən amansız repressiyaların nəticəsi kimi meydana çıxıb. Şadi Həmid (Brukinq institutundan Yaxın Şərqin bilicisi, bölgə haqda kitabların müəllifi və həmmüəllifi-red.) daxil olmaqla bir sıra ekspertlərin fikrincə,ərəb dünyasında demokratiya qurmağın yeganə yolu “islam partiyalarını normallaşdırmaqdır”.
Seçkili demokratiyaya alışmış Ərdoğanın ətrafında birləşən Türkiyə islamçılarının özləri də bu arqumenti gətirirlər və tamamilə haqlıdırlar. Onlar bununla yanaşı anlamalıdırlar ki, demokratiya altında çoxluğun tiranlığı başa düşülərsə, o özülyündə heç nəyi bildirmir – görünür, çağdaş Türkiyədə onların yanaşması isə məhz bu cürdür. Onlar uğura nail olmaq üçün islamçılar və dünyəvi hakimiyyəıt tərəfdarlarının ümumi dil tapa bildiyi və liberal konstitusiya yaratdıqları Tunisdən daha işıqlı nümunə götürməlidirlər.
İslahatların keçirilməsində Səudiyyə Ərəbistanının isə bölgənin mötədil konstitusiyalı monarxiyalarının, məsələn, ərəb dövlətlərinin çoxundan azad olan İordaniya və Mərakeşin təcrübəsinə söykənməsi gərəkdir. Səudiyyə Ərəbistanının qadınların avtomiobil sürməsinə icazə kimi xəlqi islahatlarla Qərbi heyran etməyə çalışan varis şahzadəsi Muhəmməd ibn Salman başa düşməlidir ki, çağdaşlıq cəmiyyətdə təkcə kosmetik dəyişikliklər deyil, həm də siyasi azadlıqlar üçün bəzi tədbirlər tələb edir. Bu isə onu tənqid edənlərə ən sırtıq şəkildə divan tutmamağı bildirir.
Tərcümə Strateq.az-ındır.
Paylaş: