Sabah – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclasının gündəliyinə 7 məsələ daxildir. Bunlar, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələridir.
Eyni zamanda 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.
Paylaş: