Culian Li
“The Korea Herald”
OPEK neft bazarına nəzarəti itirib. İndi üç nəfərin hərəkətləri (və ya “tvit”ləri), yəni prezident Donald Tramp, Vladimir Putin və vəliəhd şahzadə Məhəmməd bin Salman 2019-cu ildə və ondan sonraya neftin qiymətini təyin edir.
Neft karteli var gücü ilə ümumi məqsədi müəyyənləşdirməyə çalışarkən, ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya qlobal neft bazarında hakim mövqe tutur.
Üç ölkə OPEK-in 15-dən çox üzvü ilə müqayisədə, daha çox neft hasil edir. Onların hər biri öz məhsulunun istehsalını masimum səviyyəyə çatdırıb və gələn ildə də bu səviyyəni saxlaya bilər.
Məhz Rusiya və Səudiyyə Ərəbistanının səyləri ilə 2017-ci ildə OPEK + istehsal limitlərini müəyyənləşdirib. Sonradan hər ikisi hasilat rekorduna çatıb.
Eyni zamanda, ABŞ-da neft istehsalçılarının yeni rekordu qeydə alınıb. Hasilat limitini zəiflədərək şirkətlər boru kəmərlərini Texas nefti ilə doldurublar, onun Meksika sahillərinə qədər nəqlini həyata keçiriblər.
İstehsal artımı tələbatdakı artım proqnozları və İran neftinin alıcılarına qarşı sanksiyalardan doğan Trampın şəxsi proqnozları ilə birlikdə, yaxın üç ayda artıq tədarük və ya təchizat çatışmazlığı ilə bağlı bazarda narahatlıq doğurub.
Beynəlxalq Enerji Agentliyinin (IAEA) məlumatına əsasən, 2017-ci ilin əvvəlindən etibarən inkişaf etmiş ölkələrdə hasilatın azalması hazırda artımla əvəz olunub və güman ki, beşillik orta səviyyəni ötüb-keçəcək.
Səudiyyə Ərəbistanı neft qiymətlərini cənub istiqamətinə yönəldiyi üçün gələn ay gündəlik ixracı 500 min barel azaldacağını və oktyabr ayı üzrə istehsal səviyyəsinə – gündəlik 1 milyon barelə endirəcəyi barədə xəbərdarlıq edib.
Bu açıqlama Putindən müsbət cavab və Trampdan “Twitter”-də tənqid qazandırıb.
Bin Salman Səudiyyə Ərəbistanını dəyişmək üçün iddialı planlarını maliyyələşdirməkdə neft gəlirlərinə ehtiyac duyur, çünki bu prosesdə zərər çəkənlərin iğtişaş yaradacağından çəkinir. Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, səltənətin gələn il büdcəni balanlaşdırması üçün 1 barelin qiymətini 73,30 $ səviyyəsinə çatdırmalıdır.
5 $ ucuz satılan “Brent” xam nefti ilə müqayisədə, Səudiyyə Ərəbistanının ixracı Şimal dənizinin etalonuna diskont qaydada satılır. Yalnız hasilatın daha bir il azaldılması sabit qiymətə nail olmanın yeganə yoldur.
Amma o, Putin və Trampın simasında daha böyük çətinliklə qarşılaşacaq. Rusiya prezidenti ölkəsinin istehsalını yenidən məhdudlaşdırmağa böyük coşğu nümayiş etdirmir. Moskvanın büdcəsi 2016-cı ildə OPEK-in neft bazarını yenidən balanslaşdırmaq səylərindən az asılıdır və Rusiyanın neft şirkətləri investisiya etdikləri sahələrdən istehsal etmək istədiklərinin qiymətdə artmasında maraqlıdır.
Putin ola bilsin ki, vəliəhd şahzadə MBS ilə siyasi əlaqələrini qoruyub saxlamaq üçün kiçik bir qurban verməyə qərar verə bilər. Ancaq əsas istehsalçıların gələn ay Vyanada keçiriləcək toplantısında Rusiyanın istehsal məhdudiyyətlərinin müddətini uzatmağa razılaşıb-razılaşmayacağı məlum deyil. Putin deyir ki, neftin 1 barelə görə qiymətinin 70 dollara yaxın olması “tamamilə məntiqli”dir.
Trampın müxalifliyi təbii olaraq daha ucadan səslənəcək. Hətta onun MBS ilə siyasi münasibətlərini qorumağa çalışdığı gərgin zamanda da. Amerikalı senatorlar Yəməndə baş verən müharibəyə və dissident jurnalist Camal Xaşuqcinin öldürülməsinə cavab olaraq Səudiyyə Ərəbistanına sərt sanksiyaların tətbiqini vacib hesab edirlər.
Trampın “tweet”-ləri ilə müqayisədə, Səudiyyə Ərəbistanının planları üçün daha böyük təhdid Texas neftidir. Amerikalı istehsalçılar son 12 ayda OPEK-in Nigeriyadakı bütün məhsullarının həcmi səviyyəsinə çatıblar. ABŞ Energetika Nazirliyinin verdiyi məlumata görə, onların istehsalı aprel ayı ərzində 12 milyon barelə çata bilər. Bu, bir ay əvvəl proqnozlaşdırılana nisbətən 1,2 milyon barel çoxdur.
Səudiyyə Ərəbistanı 2019-ci ildə neft bazarını balanslaşdırmağı planlaşdırırsa, Trampın qəzəbi, Putinin laqeydliyi və ABŞ-ın genişlənən şist sənayesi ilə kəllə-kəlləyə gəlməlidir.
Tərcümə: Strateq.az
Paylaş: