Xəbər lenti

ABŞ Senatı Erli Litsenberqerin Amerikanın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini təsdiq edib.

Virtualaz.org bildirir ki, bu barədə ABŞ Konqresinin saytı xəbər yayıb.

Xatırladaq ki, səfirin namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilmişdi.

E.Litsenberqer peşəkar diplomatdır. Əvvəllər ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Respublikasındakı səfirinin müavini vəzifələrində çalışıb.

E.Litsenberger son vaxtlar ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavir idi.

Bu vəzifəyə, hansı ki, ona Büronun fəaliyyətinin bütün aspektlərinə rəhbərlik etməyə imkan verirdi, Erli Litsenberqer 2018-ci ilin yanvarında təyin edilmişdi. Dövlət katibinin birinci müavini olmayanda onun vəzifəsini məhz Erli Litsenberqer yerinə yetirirdi.

E.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.

 




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 14-12-2018, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma