TEhran Dövlət Tibb Univeritetinin həyətində erməni alimi Mkhitar Heratsiyə heykəl ucaldılacaq.
Moderator.az erməni mənbələrinə istinad edir ki, bu barədə ictimaiyyəti İrəvan Dövlət Tibb Universiteti məlumatlandırıb. Düşmən dövlətin universitetindən bildirilib ki, Tehran Dövlət Tibb Universitetinin aldğı bu qərar iki ölkə və iki universitet arasında əməkdaşlığın genişlənməsini nəzərdə tutur. Sözügedən heykəl də məhz bu əməkdaşlığın simvolu kimi ucaldılacaq.
Xatırladaq ki, Tehran Dövlət Tibb Universitetinin rəhbərliyi bu il İrəvan Dövlət Tibb Universitetinə səfər edib və səfər əsnasında tərəflər arasında bir sıra razılaşmalar əldə edilib. Razılaşmada qarşılıqlı səfərlər, mübadilə proqramları və digər layihələr nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, prezident İlham Əliyev dəfələrlə islam dünyasına müraciət edərək müsəlman ölkələrini məscidləri dağıdan, dini dəyərlərə hörmət etməyən, Azərbaycana təcvavüz edən işğalçı Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırıb.
Paylaş: