Konstantin Zatulin qatı ermənipərəst mövqeyi ilə tanınır və məlum olduğu kimi, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlər etdiyi üçün adı da ölkəmizə girişinə məhdudiyyət qoyulan xarici vətəndaşlar siyahısındadır".
Bu sözləri Modern.az-a Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva rusiyalı deputat Konstantin Zatulinin Qarabağ haqqında fikirlərinə münasibət bildirərkən söyləyib. O, qeyd edib ki, K. Zatulinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı söylədikləri Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatdır:
"Digər tərəfdən, faşist cəlladı Njde Qaregini “xalq qəhrəmanı” kimi qiymətləndirən, faşizmlə mübarizədə qurban olmuş milyonlarla insanın xatirəsinə hörmətsizlik nümayiş etdirən və beləliklə də rus xalqının hissiyyatına toxunan birindən nə gözləmək olar?
Zatulinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı mühakimələr irəli sürməyə heç bir haqqı yoxdur. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi Azərbaycan xalqının iradəsi əsasında qəbul olunmuş Azərbaycan Konstitusiyası ilə qorunur".
Qeyd edək ki, noyabrın 18-də Rusiyanın Birinci telekanalının populyar "Pozner” müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Qarabağ münaqişəsini” də müzakirə ediblər.
Müsahibədə K. Zatulin ermənipərəst mövqeyini bir daha ifadə edib, hətta Azərbycanın qondarma Dağlıq Qarabağı tanımalı olduğunu bildirib. Onun fikrincə, bunun əvəzində isə Azərbaycana Dağlıq Qarabağın ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olunmaqla, 5-i qaytarılmalıdır.
Paylaş: