Xəbər lenti

 

Müsavat Partiyası 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyimi irəli sürüb. İmza vərəqlərini almışıq, proses asta-asta gedir, vəziyyət normaldır.

Ovqat.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının funksioneri Arzu Səmədbəyli deyib.

Onun sözlərinə görə, imzatoplama prosesi barədə təəssüratı yaxşıdır: “Heç yana tələsmirik, çalışırıq, səliqəli şəkildə işimizi qurmuşuq, insanlarla təmasda oluruq”.

Vaxtilə sözügedən dairədən “Azadlıq” blokunun vahid namizədi kimi deputat seçildiyini xatırladan Arzu Səmədbəyli qeyd edib ki, seçicilərindən təkrar səs istəyəcək: “2005-ci ildə deputat seçildiyim dairədən seçicilərimizin istəklərini parlamentdə qaldırmağa çalışmışam. Nəyə nail olduğumu bu seçkidəki nəticə göstərəcək”.




Ana səhifəyə qayıt        Baxış: 309          Tarix: 18-12-2019, 23:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma