Xəbər lenti

 

“İran generalı Qasım Süleymani amerikalı diplomatlara və hərbçilərə qarşı sui-qəsd hazırlamışdı”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen Süleymaninin öldürülməsi səbəbini açıqlayarkən deyib:

“Bizdə olan çox əhəmiyyətli informasiyaya əsasən, Süleymani və danışıq apardığı şəxs yaxın günlərdə xeyli sayda amerikalı diplomatı və əsgərləri öldürməyə hazırlaşırdı”.

O’Brayen Süleymaninin öldürülməsi fikrinin Donald Tramp üçün xarici siyasət və milli təhlükəsizlik sferasında “təməl daşı” olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 415          Tarix: 7-01-2020, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma