106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Milli Məclisin deputatlığına namizəd Mütəllim Rəhimli seçicilərlə görüşlərini davam etdirir. Ovqat.com xəbər verir ki , Mütəllim Rəhimliyə seçki kampaniyasına dəstək vermək üçün Ədalət partiyasının sədri, hüquq elmləri doktoru eks Respublika prokuroru və Ədliyyə naziri İlyas İsmayılov da bölgəyə səfər edib.
Depuatatlığa namizəd Mütəllim Rəhimli Tovuzun ən böyük iclas salonu olan Mədəniyyət evində seçicilərlə görüşuş keçirib. Görüşə İlyas İsmayılov da qatılıb. Çoxsaylı seçicilərin iştirak etdiyi tədbirdə ilk çıxışı da İlyas İsmayılov edib. O, həmyerlilərini Mütəllim Rəhimliyə səs verməyə çağırıb. Bildirib ki, M.Rəhimli xalqın içindən çıxmış, haqqından çox məsuliyyətini düşünən şəxsdir.
“Öz zəhməti hesabına cəmiyyətdə mövqe tutub, nəinki bu bölgədə, hətta respublikamızın bütün regionlarında tanınır. Üstəlik, bu yaxınlarda bir alim kimi Türkiyədə iki həftə mühazirə oxuyub. Onun cəmiyyətə verəcəyi faydanın çox olacağına inanıram. Çünki o, sizlərdən biridir” - İ.İsmayılov çıxışı zamanı deyib.
Daha sonra Mütəllim Rəhimli çıxış edib. Seçkiqabağı platformasını açıqlayan M.Rəhimli ölkədə aparılan islahatlar prosesinin davamı olaraq “lal” deputatların parlamentə seçilməyəcəyinə inandığını vurğulayıb. “Çünki 106 saylı seçki dairəsində də bu kateqoriyadan olanlara qarşı böyük etiraz var”. O, xüsusi olaraq qeyd edib ki, builki seçkilərin ədalətli keçiriləcəyinə ümid edir.
Çıxış edən seçicilər ötən 5 ildə deputatlarının kim olduğunu bilmədiklərini dedilər. Növbəti illərdə bunun təkrar olunmayacağına ümidli olduqlarını qeyd edərək bütün Tovuzluların Mütəllim Rəhimliyə səs verəcəklərini dedilər.
Paylaş: