Xəbər lenti

“Dünyanın müxtəlif bölgələrindəki vəziyyət sülh və stabilliyin nə qədər həssas olduğunu bir daha nümayiş etdirir”. 

Bunu ATƏT Parlament Assambleyası (PA) sədrinin Rumıniyadan olan müavini Kostel Neculai Dunava təşkilatın Siyasi İşlər və Təhlükəsizlik Ümumi Komitəsinin Vyanada keçirilən qış iclasında deyib.

O bildirib ki, ATƏT zonasındakı konfliktlərlə bağlı ATƏT PA öz işini davam etdirir.

“Dünyanın müxtəlif bölgələrində tərəflər arasındakı vəziyyət sülhün nə qədər kövrək və həssas olduğunu açıq şəkildə nümayiş etdirir. Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya ətrafındakı vəziyyətlə bağlı hələ də işimizi davam etdiririk. Son onilliklər ərzində meydana çıxan bir çox konfliktlər və böhranlar həll edilmədən qalır. Biz parlamentarilərin vəzifəsi böhranların yaşandığı ATƏT zonalarında insanların qorxudan uzaq yaşamaları üçün bütün imkanları yaratmaqdır. Biz 57 müxtəlif ölkəni, müxtəlif mədəni, sosial cəmiyyəti təmsil edirik. Fərqliliyimiz bizim üçün mane deyil, çətinliklərin öhdəsindən gəlmək üçün vasitə olmalıdır”, – deyə K. N. Dunava qeyd edib. (apa)




Ana səhifəyə qayıt        Baxış: 339          Tarix: 21-02-2020, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma