Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Azərbaycan və Türkiyə arasında imzalanmış ikitərəfli sənədlərə uyğun olaraq hər il keçirilən hərbi təlimlərin yekununda ictimaiyyətdə belə bir sual yaranır:
Bu əməkdaşlığıhansı formada daha yüksək səviyyəyə çıxarmaq olar? Məncə, əməkdaşlığın yüksəksəviyyəsi ilkin olaraq birgə ordu hissələrinin və Azərbaycan ərazisində Türkiyə hərbi obyektlərinin (“hərbi obyekt” və “hərbi baza” anlayışları bir-birindən fərqlidir) qurulması ola bilər. Bu, nə üçün vacibdir? Həmin suala cavab vermək üçün həm qarşılıqlı münasibətlərin tarixinə, həm də müasir reallıqlara nəzər yetirməkdə fayda var.
Ekiz qardaşlarolan millətimizin və ölkələrimizinəməkdaşlığının tarixi təcrübəsi göstərir ki, biz bərabər hərəkət etdikdə daim uğur qazanmışıq vəqarşımızda kimsə tab gətirə bilməyib.Bir neçə tarixi fakt söylənənləri təsdiq edir. Əvvəla, hələ Birinci Dünya müharibəsi illərində azərbaycanlı gənclərçar Rusiyasının təbəələriolmalarına baxmayaraq, xəlvəti yollarla Osmanlı dövlətinin ərazisinə keçib türk qardaşları ilə bir cərgədə vuruşublar.Azərbaycanlılar türklüyün və islamın mərkəzi olan Osmanlının qalib gəlməsini arzulayıb və imkanları daxilində fərd olaraq döyüşlərdə iştirak ediblər.Bunun bir örnəyi Çanakkala savaşı olub. İkincisi, 1918-ci ilin sentyabrında Osmanlı və Azərbaycan əsgərlərindən ibarət qurulmuş Qafqaz İslam Ordusu Bakı şəhərini yadellilərdən azad etdikdən sonra Azərbaycan hökuməti təbii paytaxtına qovuşub.
Qarabağ erməni silahlılarından təmzilənib.Osmanlı müharibədən çıxdıqdan sonra çətin vəziyyətə düşməsinə və bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Cümhuriyyəti hökuməti yardımlar haqqında ikitərəfli sənəd də imzalayıb.Azərbaycan torpağında həlak olan Qafqaz İslam Ordusu əsgərlərinin məzarı sovet sisteminin ağır şərtlərinə baxmayaraq, xalqımız tərəfindən qorunub saxlanılıb, dövlət müstəqilliyi bərpa edildikdən sonra isə təmir olunub.1918-ci ilin mart soyqırımı qurbanlarının, Qarabağ uğrunda həlak olanların dəfn edildiyi və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində türk əsgərinə abidə ucaldılıb.Üçüncüsü, türk xalqının istiqlal savaşına Azərbaycan sovet hökuməti yardımlar edib.
Mustafa Kamal Paşa edilən yardımlar üçün Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanova təşəkkür etdikdə, o, “qardaş qardaşa borc verməz, əl tutar”- deyib. Azərbaycanlı qız və gəlinlər nişan üzüklərini və ziynət əşyalarını göndəriblər. Azərbaycanlılar fərd olaraq türk qardaşları ilə bir cərgədə vuruşublar. Azərbaycan xalqı türklüyün və islamın mərkəzi olan Türkiyənin istiqlal savaşında qalib gəlməsini arzulayıb, türk ordusunun hər bir zəfərində qurbanlar kəsilib və evlərin balkonlarından türk bayraqları asılıb.
Dördüncüsü, SSRİ-nin hələ mövcud olmasına,Türkiyənin NATO üzrə müttəfiqlərinin “Qorbaçovun xoşu getməz və SSRİ ilə münasibətlər pisləşər” kimi təzyiqlərinə baxmayaraq,Məsud Yılmaz hökuməti cəsarətli addım ataraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb.Nəhayət,1991-ci ildən sonra qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq böyük bir yol keçib. Hələ 90-cı illərin sonlarında iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində müzakirələr zamanı Azərbaycanda Türkiyə hərbi bazasının qurulması məsələsi gündəliyə gətirilib. Lakin Türkiyə tərəfi “qonşularla münasibətlərə xələl gətirə biləcəyini” deyərək həmin təklifdən imtina edib.Deməli, tarixi təcrübə hərbi sahədə əməkdaşlığı yeni bir səviyyəyə çıxarmağı zəruri edir.
Müasir reallıqlar da bu əməkdaşlığındərinləşdirilməsini irəli sürür. İndi 90-cı illər deyil, Türkiyə və Azərbaycan da o vaxtkı deyillər. “Şərq tərəfdaşlığı proqramı” çərçivəsində keçirilən Praqa sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan başçısı S.Sarkisyana “Türkiyə burada yoxdur, mən varam” deməsi, Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Türkiyənin haqq işini açıq, birmənalı və qəti şəkildə müdafiə etməsi,Azərbaycan ərazilərinin bir hissəsini işğal edən təcavüzkar Ermənistanın özünü həyasız apararaq bütün danışıqlardan boyun qaçırması, bəzi dövlətlərin isəbütün beynəlxalq normaları pozaraq təcavüzkarı silahlandırmaları ilkin addım olaraq ölkəmizdə Türkiyəhərbi obyektinin qurulmasını və birgə hərbi hissələr yaradılmasını zəruri edir”.
modern.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar