Xəbər lenti


“Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir.

Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir”.

APA-nın məlumatına görə, bu sözləri APA TV-nin canlı efirində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır.

Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib”.



Ana səhifəyə qayıt        Baxış: 2 571          Tarix: 16-09-2020, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma