Xəbər lenti


Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi Artsrun Ovannisyan növbəti dəfə Şuşa döyüşləri ilə bağlı açıqlama yayıb.

 Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan Şuşa yaxınlığında döyüşlərin davam etdiyini bildirib. 27 sentyabrdan bəri gedən döyüşlər zamanı ermənilərdə ruh yüksəkliyi yaratmaq üçün dəridən-qabıqdan çıxan MN təmsilçisi iddia edib ki, heç bir itki, heç bir geriçəkilmə və məğlubiyyət yoxdur. “Əgər sənin şüurun mübarizə aparırsa, hər şey itirilməyib”,- deyə Ovannisyan əlavə edib.

Ekspertlər bildirirlər ki, o, bu kimi açıqlamaları ilə bununla dolayısı ilə ciddi mövqe itkilərinin olduğuna işarə edir. Ermənilər arasında hökm sürən ruh düşkünlüyü və məğlubiyyət müzakirələrinə reaksiya verən A.Ovvanisyan əsəbi şəkildə “yersiz müzakirələri dayandırın”,-deyə “Facebook” səhifəsində yazıb.




Ana səhifəyə qayıt        Baxış: 3 491          Tarix: 7-11-2020, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma