Xəbər lenti
Dünən, 22:04
Dünən, 19:32
Dünən, 14:21
Dünən, 11:40
Dünən, 10:53
Dünən, 09:19
13-01-2025, 23:57
13-01-2025, 22:42
13-01-2025, 21:20
13-01-2025, 20:32
13-01-2025, 19:33
13-01-2025, 18:39
13-01-2025, 17:08
13-01-2025, 16:22
13-01-2025, 16:15
Fevralın 15-də, prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini atıb. Bu dəmiryolu xəttinin Ermənistan ərazisindən Naxçıvana qədər uzanması da nəzərdə tutulub.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən bildirir ki, erməni təhlilçi Richard Qiroqasyan Ermənistanın Naxçıvan dəhlizi ilə bağlı mövqeyinin müsbət olduğunu bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan da prosesin nə yerdə olması barədə detallı açıqlama vermir. Ortada suallar var: “Ən maraqlısı budur ki, bəzi detalları aydınlaşdırmaq lazımdır. Suallardan biri budur ki, bu qatar Ermənistandakı stansiyada dayanacaqmı? Yoxsa dayanmayıb birbaşa Naxçıvana yollanacaq? Bütün bunlar çox vacib detallardır ki, aydınlaşdırmaq lazımdır. Amma yaxşı xəbər odur ki, hər üç ölkənin ekspert qruplarının birgə işində irəliləyiş var”.
Xatırladaq ki, Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Naxçıvan dəhlizinin çəkilməsi ilə bağlı razılaşma keçən il noyabrın 10-da imzalanıb. Bu ilin əvvəli Azərbaycan, Ermənistan, Rusiya hökumət rəsmilərinin iştirakı ilə məshələtləşmələr başlayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev əvvəl mətbuata bildirmişdi ki, baş nazirlərin müavinlərinin görüşündə yaradılmış komissiyalar martın 1-ə qədər hansı işləri həyata keçirəcəkləri barədə razılaşma əldə etməlidirlər.
Azərbaycan rəsmiləri danışıqlarla bağlı hansısa açıqlama verməyiblər.
Riçard Qiroqasyan deyir ki, layihənin uzanmasına əsas səbəb Rusiyadır: “Müzakirələrdəəsas maneəni yaradan məncə Rusiyadır. Rusiya danışıqlarda dominantlıq edir və prosesi yavaşıdır. Rusiya istəyir ki, bura Avropanın beynəlxalq maliyə institutlarının vəsaitini cəlb eləsin. Bundan başqa Ermənistan tərəfi özü də real razılığa gəlmək və strategiya sərgiləmək üçün tam hazır deyil. Rusiya hər iki tərəfə təzyiq edir vəəmin olmaq istəyir ki, Ermənistan Rusiyadan tam asılı qalsın”.
Qiroqasyan deyir ki, sadə ermənilər hələ də Naxçıvan koridoru ideyasına emosional yanaşırlar Hələ ki, diqqət daha çox əsirlərin dəyişdirilməsi məsələsinə yönəlib, amma bununla belə, bütövlükdə dəmiryolu Ermənistanın xeyrinədir, çünki onu təcrid vəziyyətindən çıxarır. O bildirib ki, Naxçıvan dəhlizinin çəkilişinə başlanması hələ 3-5 il çəkə bilər.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər